Previous Next
Bağla

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015 19:38
"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

Ookla şirkətinin Netindex reytinqinə əsasən, Bakcell şirkəti mobil operatorlar arasında mobil data trafikinin sürətinə görə rəqiblərini xeyli qabaqlayıb

Belə ki bu qurumun məlumatına görə mobil internetin sürəti o biri mobil operatorlarla müqayisədə daha yüksək göstəriciləri ilə 1-ci yerdə (13.2 Mbps), ölkənin əsas internet provayderləri (şəhərlərarası və sabit şəbəkə operatorları daxil olmaqla) arasında isə internet trafikin sürətinə görə 3-cü yerdədir (10.41 Mbps sürətlə).

Bu reytinq Azərbaycanda İnternet provayderləri və mobil operatorların abunəçilər tərəfindən ən azı 100 dəfə speedtest.net və ya pingtest.net vasitəsilə ölçülmüş statistik indikatorlarının nəticələri əsasında formalaşmışdır.

2011-ci ildə 3G Sür@ xidmətinin istifadəsinə start verildikdən sonra Bakcell şirkəti müxtəlif müstəqil şirkətlər tərəfindən, o cümlədən, Ookla şirkətinin Netindex reytinqinə əsasən həyata keçirilən testlərin nəticələrinə görə ölkədə ən sürətli Mobil İnternet təcrübəsini təmin etməyə başladı.

Mobil internetin keyfiyyəti ilə bağlı məsələyə münasibət bildirən Bakcell şirkətinin Baş Texniki Direktoru cənab Yigit Berktaş aşağıdakıları deyib:

“Hal-hazırda 2000-dən çox abunəçi Bakcell şirkətinin 4G LTE xidmətini test etmək və Azərbaycanda ən sürətli mobil internetdən istifadə etmək imkanına malikdir. Bakcell şirkətinin təmin etdiyi Mobil İnternet xidmətinin son yüksək nəticələri göstərir ki, Şirkət müştərilərə ən keyfiyyətli mobil data təcrübəsinin təmin edilməsində öz mövqelərini gücləndirməkdədir. Biz hər il şəbəkəmizə investisiya edir, onu təkmilləşdirir və ölkənin aparıcı mobil internet provayderi olmaqda davam etməyə çalışırıq”

Ookla şirkəti dünya üzrə genişzolaqlı sınaqlar və internet əsasında qurulmuş diaqnostika proqramları sahəsində liderdir. Şirkətin proqram təminatı və metodologiyası genişzolaqlı şəbəkə xidmətləri sənayesi üzrə statistik məlumatların dəqiqliyi, tanınması, istifadə asanlığı və sonrakı inkişafının etalonudur. Xidmətin yarandığı vaxtdan 2015-ci ilə qədər Ookla şirkəti tərəfindən yeddi milyarddan artıq sürət testi həyata keçirilmişdir. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

Bakcel ən sürətli mobil şəbəkə seçilib

21-09-2018

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

09-09-2021

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!

11-02-2021

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

16-12-2025

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

18-05-2026

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-03-2026

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017

Azərbaycanda genişzolaqlı internetin orta sürəti açıqlanıb

18-11-2025

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-02-2026

Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

05-01-2012

Bakcell yeni innovativ xidmətlər təqdim edib-Foto

09-06-2017

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

17-02-2025

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell yeni 099 prefiksini istifadəyə verib

15-01-2020

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə