Previous Next
Bağla

Azərbaycanda ölçüləbilən internet dövrü başlayır

20-02-2026 20:09
Azərbaycanda ölçüləbilən internet dövrü başlayır

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə ölkədə internet infrastrukturunun inkişafı istiqamətində növbəti mühüm addım atılıb.

Xeberler.az məlumat verir ki, agentliyin Ookla şirkəti və internet servis provayderləri ilə birgə koordinasiyalı fəaliyyəti çərçivəsində Aztelekom MMC tərəfindən abunəçilərin internet sürətinin ölçülməsinin optimallaşdırılması məqsədilə şəbəkəyə əlavə 8 ədəd “Ookla sponsor” serveri inteqrasiya edilib.

Bununla da operatorun Bakı, Xırdalan, Şirvan, Şamaxı, Quba, Masallı, Yevlax, Xankəndi, Gəncə və Zaqatala daxil olmaqla müxtəlif regionlarda yerləşən sponsor serverlərinin sayı 10-a, Bakı Telefon Rabitəsi MMC-nin serverləri ilə birlikdə isə 12-yə çatdırılıb.

Məlumata görə, sponsor serverlərin sayının artırılması İKTA-nın 2025-ci il üzrə internet ölçmə nəticələrinin yaxşılaşdırılması məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçirilib. Plan internet performansının ölçülməsi infrastrukturunun gücləndirilməsi, regional ölçmə nöqtələrinin artırılması və nəticələrin daha obyektiv formalaşdırılmasını nəzərdə tutur.

Qeyd olunub ki, ötən il İKTA mütəxəssisləri tərəfindən “Ookla” “Speedtest” serverlərinin qiymətləndirilməsi aparılıb. Monitorinqlər zamanı mövcud 38 server yoxlanılıb və aşkarlanan çatışmazlıqlar operator və provayderlərə təqdim edilib.

Hazırda ölkə üzrə sponsor serverlərin ümumi sayı 54-ə çatıb.

Bildirilib ki, “Ookla”nın “Speedtest Index” platforması internet performansını median yükləmə (download), ötürmə (upload) sürəti və gecikmə (latency) göstəriciləri əsasında qiymətləndirən ən geniş istifadə olunan beynəlxalq mexanizmlərdən biridir. Sponsor serverlərin coğrafi baxımdan genişləndirilməsi ölçmələrin istifadəçilərə daha yaxın nöqtələrdə aparılmasına imkan yaradır ki, bu da nəticələrin daha dəqiq və obyektiv formalaşmasına şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, qlobal təcrübədə internet xidmətlərinin keyfiyyəti artıq yalnız elan edilən sürətlə deyil, beynəlxalq ölçmə platformalarında təsdiqlənən real nəticələrlə qiymətləndirilir. Azərbaycanda da bu istiqamətdə mərhələli şəkildə ölçüləbilən internet modelinə keçid həyata keçirilir.

Bu model çərçivəsində xidmət keyfiyyəti real vaxt ölçmələri əsasında qiymətləndirilir, nəticələr müqayisə olunur və infrastrukturun optimallaşdırılması üçün texniki əsas formalaşdırılır. Bu yanaşma həm istehlakçıların məlumatlı seçim etməsinə, həm də bazarda sağlam rəqabətin güclənməsinə xidmət edir.

Qeyd edək ki, bu təşəbbüs İKTA-nın telekommunikasiya sektorunda şəffaflığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və istehlakçı məmnuniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi sistemli tədbirlərin tərkib hissəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

30-09-2023

İKTA mobil internet və regional göstəricilər üzrə median sürət təhlillərini təqdim edib

20-05-2026

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İKTA Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlilini aparıb

07-11-2024

“A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub

25-02-2026

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA: “Ookla” “Speedtest Certified” adlı yeni məhsulunu təqdim edib

28-01-2026

“Zamex” MMC ilə xidmət keyfiyyətinə dair müzakirə aparılıb

04-09-2025

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

09-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə