Previous Next
Bağla

İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

17-11-2025 11:05
İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-2025) iştirakçılarına müraciət ünvanlayıb.

Xeberler.az bildirir ki, müraciəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oxuyub.

Müraciətdə deyilir:

Hörmətli tədbir iştirakçıları!

Sizi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir – Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisidir.

Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən tənzimləyici orqanları, beynəlxalq təşkilatları və bütün maraqlı tərəfləri bir araya gətirən bu konfransın məqsədi strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi istiqamətində müzakirələr aparmaq, rəqəmsal əlçatanlığı artırmaqdır.

Dünya artıq yeni bir rəqəmsal dövrə qədəm qoymuşdur. Hazırda texnoloji inkişaf və rəqəmsallaşma ölkənin inkişaf səviyyəsini şərtləndirən, bəşəriyyətin gələcəyini müəyyənləşdirən əsas amillərdən birinə çevrilmişdir. Təəssüf ki, rəqəmsal dünyanın bu qədər inkişaf etdiyi bir dövrdə iki milyarddan çox insan hələ də internetə çıxış imkanından məhrumdur. Müasir dövrdə heç bir ölkə və heç bir insan rəqəmsal gələcəkdən kənarda qalmamalıdır. Bunun təmin olunması bizim ortaq məsuliyyətimizdir.

Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, son dörd ildə sabit artım ritmi qazanmışdır. Bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur.

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. Bundan əlavə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk.

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilmiş, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. Konfrans çərçivəsində eyni zamanda Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılması planlaşdırılır. BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir.

Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar, yaradılacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal gələcəyin qurulmasına xidmət edəcək, milyardlarla insanın həyatına öz təsirini göstərəcəkdir.

Sizə bir daha ən xoş arzularımı yetirir, məhsuldar müzakirələr, tədbirin işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2025-ci il

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

Prezident: Azərbaycan 100 faiz genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir

17-11-2025

Prezident: Kibertəhlükəsizlik Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir

17-11-2025

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib

14-10-2025

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

10-07-2025

Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

16-01-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

15-01-2025

Azərbaycan gələn il BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək

06-06-2024

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

Rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

28-11-2025

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

08-06-2022

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

14-07-2025

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025

Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirməsini müzakirə edib

15-11-2025

“WTDC-25” çərçivəsində Azərbaycanın nailiyyətlərindən danışılıb

19-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə