Previous Next
Bağla

Rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

28-11-2025 18:18
Rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv ölkələr dünya üzrə hər kəsin internetə çıxışını təmin etmək məqsədini daşıyan yol xəritəsi üzrə razılığa gəliblər. Bu barədə qərar bu gün Bakıda başa çatan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) qəbul edilib.

Xeberler.az bildirir ki, ikihəftəlik tədbir BTİ və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilib. MDB regionunda ilk dəfə Azərbaycanda təşkil olunan konfrans regional və beynəlxalq rəqəmsal inkişaf strategiyalarının müzakirəsinə imkan yaradıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciətində vurğuladığı kimi, Bakı üzv dövlətlərin və tərəfdaşların qarşıdakı dörd il ərzində BTİ-nin inkişaf istiqamətlərini müəyyən edəcək praktik qərarlar üzrə razılığa gəldiyi məkan oldu. Tərəfdaşlarla birlikdə çalışan Azərbaycan bu nəticələrin formalaşmasında fəal iştirak etdi. COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməsinə istinad edən Bakı Bəyannaməsinin qəbul olunması isə inklüziv və davamlı rəqəmsal gələcəyə olan ortaq öhdəliyimizi əks etdirir”, – deyə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Tədbir çərçivəsində qəbul olunan qətnamələr radiotezliklərin idarə olunması, kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT-nin tətbiqi və tənzimlənməsi, innovasiya və ucqar ərazilərdə rəqəmsal texnologiyaların istifadəsi kimi müxtəlif sahələri əhatə edib.

Konfransın əsas yekun sənədi olan Bakı Fəaliyyət Planı telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə insan mərkəzli rəqəmsal inkişafın əsas istiqamətlərini müəyyən edir. Plan xüsusilə inkişaf etməkdə olan ölkələr, rəqəmsal xidmətlərə məhdud çıxışı olan icmalar və həssas əhali qruplarının ehtiyaclarını prioritet olaraq önə çıxarır.

Hazırda dünyada təxminən 2 milyarddan artıq insan internetə qoşula bilmir. 2026 – 2029-cu illəri əhatə edən dördillik plan inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan internet bağlantısının inkişaf etdirilməsinə dəstək verəcək.

“WTDC-25” bu onillikdə hər kəs üçün hər yerdə əlaqənin universal, faydalı və əlçatan olmasını təmin etmək məqsədimizə bizi daha da yaxınlaşdırdı. Bakı Bəyannaməsi və Fəaliyyət Planı isə heç kimi kənarda qoymayan, insan mərkəzli rəqəmsal inkişaf yol xəritəmizdir”, – deyə BTİ-nin Baş katibi Dorin Boqdan-Martin bildirib.

Bakı Fəaliyyət Planı regional təşəbbüsləri, BTİ-nin rəqəmsal inkişaf fəaliyyətini istiqamətləndirəcək yeni və yenilənmiş qətnamələri, eləcə də BTİ-nin Telekommunikasiyanın inkişafı sektoru (ITU-D) üçün tövsiyələri əhatə edir. Sənəd həmçinin qurumun ekspert qruplarının araşdıracağı texniki məsələləri müəyyənləşdirir.

Fəaliyyət Planındakı regional təşəbbüslər BTİ-nin dünyadakı altı region üzrə rəqəmsal inkişafın əsas prioritetlərini, məsələn, infrastruktura çıxışın təmin edilməsi, rəqəmsal bacarıqların artırılması və inklüziv xidmətlərin təmin olunması kimi məsələləri əhatə edir. Beynəlxalq təşkilat müəyyən edilmiş regional tələblərin yerinə yetirilməsi üçün layihələr üzrə tərəfdaşlıqlar qurmağı və resursları səfərbər etməyi planlaşdırır.

“Bakı Fəaliyyət Planı rəqəmsal fərqləri aradan qaldırmaq üçün yol xəritəsini müəyyən edir. Eyni zamanda ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin xüsusi ehtiyaclarını nəzərə alır. Hökumətlər və tənzimləyici orqanlarla əməkdaşlıq edərək sənaye və özəl sektorun investisiya qoymasına imkan verən əlverişli siyasət və tənzimləyici çərçivə yaradacağıq. Bu yolla infrastruktur boşluqlarını aradan qaldırmaq, hər kəs üçün faydalı əlaqəni və bütün insanların internetə çıxışını təmin etmək istiqamətində konkret nəticələr əldə etməyi səbirsizliklə gözləyirik”, – deyə BTİ-nin İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava vurğulayıb.

Konfrans zamanı BTİ 2025-ci il üzrə Qlobal Bağlantı Hesabatını təqdim edib. Hesabat hər yerdə insanların yüksəkkeyfiyyətli internet xidmətindən əlçatan qiymətlərlə istifadə edə bilməsini təmin etmək üçün tövsiyələr verir.

Tədbir çərçivəsində bir sıra razılaşmalar da imzalanıb. Asiya-Sakit Okean regionunda milli “ağıllı” kəndlər və “ağıllı” adalar proqramlarının davamlılığını təmin etmək məqsədilə ikiillik layihə həyata keçiriləcək. Bu təşəbbüs kənd və ucqar ərazilərdə yaşayan icmalarda rəqəmsal bacarıqların artırılması, həmçinin rəqəmsal xidmətlərə çıxışın təmin olunması üçün model rolunu oynayacaq və yeddi ölkə üzrə 3000 nəfərə fayda verəcək.

Bundan əlavə, MDB regionunda peşəkar və rəqəmsal bacarıqların artırılmasını dəstəkləmək məqsədilə layihə həyata keçiriləcək. Layihə “Intersputnik” beynəlxalq
təşkilatı ilə birgə icra olunacaq və peyk rabitəsi ilə yayım texnologiyaları sahəsində çalışan 300 nəfərə fayda verəcək.

“WTDC-25”, həmçinin ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yüksəksəviyyəli dialoqu əhatə edib. Bu qruplara aid ölkələr genişzolaqlı internetin əhatəsini artırmaq, insan mərkəzli davamlı inkişafı irəlilətmək və hər kəs üçün təhlükəsiz rəqəmsal gələcək təmin etmək planlarını bölüşüblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

Bakıda keçirilən “WTDC-25” iştirakçı sayı ilə rekord qırıb

08-12-2025

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

17-11-2025

Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

10-07-2025

ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəlikləri yerinə yetirməyə çağırır

17-11-2025

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

05-11-2025

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

Rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələr müzakirə edilib

26-07-2023

BTİ Baş katibi: “Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi”

16-11-2024

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025

BTİ-nin Azərbaycandakı Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

01-05-2026

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

14-07-2025

Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

08-06-2022

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026

Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

16-01-2025

Azərbaycana BTİ-nin layihəsinə tərəfdaş olmaq təklifi edilib

10-03-2025

Nazir Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

26-09-2022

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

AİB: Rəqəmsallaşma Asiya və Sakit Okeanda davam edən bərabərsizliyi azalda bilər

06-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə