Previous Next
Bağla

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025 11:00
Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

Bu gün Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbirin mövzusunu “inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” təşkil edir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Müraciətdə Azərbaycanın qlobal rəqəmsal inkişafın təşviqinə və hamı üçün inklüziv bağlantının təmin edilməsinə sadiqliyi vurğulanıb.

Açılış mərasimində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin və BTİ-nin İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava da çıxış edib.

Tədbirdə Azərbaycanda telekommunikasiyanın inkişafı tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədilə BTİ tərəfindən 4 ildən bir keçirilən tədbirdir.

“WTDC”yə MDB regionunda ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək. Bu da öz növbəsində regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada rolumuzu daha da möhkəmləndirəcək və ölkəmizin beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək. Tədbir 17-28 noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. “WTDC-25” kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, informasiya və kommunikasiya texnologiyaları tətbiqləri, innovasiya, İKT üzrə statistika və indikatorlar, İKT-nin tənzimlənməsi və digər bu kimi sahələr üzrə inkişafa dair mövzuları, layihələri və proqramları nəzərdən keçirmək üçün unikal imkan yaradacaq.

Konfransın ümumi nəticələri arasında:
• Rəqəmsal inkişaf üçün qlobal yol xəritəsinin (2026 – 2029) qəbul edilməsi

• Qlobal səviyyədə razılaşdırılmış Bəyannamə və Fəaliyyət Planının hazırlanması

• Yeni regional təşəbbüslərin müəyyənləşdirilməsi

• Qlobal səviyyədə telekommunikasiyanın inkişaf prioritetlərinin müəyyən edilməsi

• Ən az inkişaf etmiş ölkələrin (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDCs) və kiçik ada və inkişaf etməkdə olan dövlətlərin (SIDS) rəqəmsal inkişaf ehtiyaclarının həll edilməsi məsələləri diqqət mərkəzində olacaq.

Onu da əlavə edək ki, tədbirə ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin, Tailand, İsveçrə, Yunanıstan, Malayziya, Slovakiya, Qazaxıstan daxil olmaqla 160-dan artıq ölkədən 2500 iştirakçı qatılıb. Təxminən 60 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndələr iştirak edirlər.

Tədbirə həmçinin 500-dən artıq gənc qatılıb. Bakıdakı konfransda həm beynəlxalq, həm də yerli gənclərin iştirakı onlara qlobal texnoloji tendensiyalarla tanış olmaq və beynəlxalq tərəfdaşlıqlar qurmaq üçün imkanlar yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

05-11-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

15-01-2025

Rəqəmsal əlçatanlığın inkişafı üzrə beynəlxalq plan qəbul edilib

28-11-2025

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəlikləri yerinə yetirməyə çağırır

17-11-2025

Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

16-01-2025

Bakıda keçirilən “WTDC-25” iştirakçı sayı ilə rekord qırıb

08-12-2025

Azərbaycan gələn il BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək

06-06-2024

İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

17-11-2025

Bakıda Qlobal Gənclər Sammiti keçirilib

17-11-2025

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

14-07-2025

Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

10-07-2025

Nazir müavini: WTDC25 rəqəmsal inklüzivliyə töhfə verəcək

17-11-2025

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirməsini müzakirə edib

15-11-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib

14-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə