Previous Next
Bağla

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025 16:53
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

Bu gün yerli media nümayəndələri üçün noyabrda Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) ilə bağlı brifinq keçirilib.

Xeberler.az məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, Beynəlxalq tədbirlərin təşkili üzrə rəhbər Orxan Əfəndiyev, Azərkosmosun Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov tədbirin məqsəd və faydaları, qeydiyyatdan keçmiş qonaqların, həmçinin KİV təmsilçilərinin tədbirdə iştirakı barədə məlumat veriblər.

Qeyd olunub ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı bu il 17-28 noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. MDB regionunda ilk dəfə təşkil olunan bu tədbir Azərbaycanın rəqəmsal transformasiya və texnoloji innovasiyalar sahəsində artan qlobal rolunu nümayiş etdirəcək.

BTİ hər dörd ildən bir Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransını təşkil edir. Tədbirin məqsədi ölkələr arasında rəqəmsal uçurumu aradan qaldırmaq, innovasiyaları təşviq etmək və inklüziv, dayanıqlı rəqəmsal gələcək üçün tərəfdaşlıq mühitini gücləndirməkdir. Builki konfransda 150-dən çox ölkədən 2000-ə qədər nümayəndə iştirak edəcək.

“WTDC-25” çərçivəsində kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar, süni intellekt, “əşyaların interneti”, rəqəmsal sağlamlıq, kvant texnologiyaları və ətraf mühitin mühafizəsi kimi qlobal trendlər üzrə müzakirələr aparılacaq. Tədbir, həmçinin yeni nəsil İKT siyasətlərinin formalaşdırılması və tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayacaq.

Azərbaycan son illərdə rəqəmsal transformasiya, startap ekosisteminin genişlənməsi və elektron hökumətin inkişafı sahəsində əhəmiyyətli uğurlar əldə edib. Rəqəmsal hökumətə keçid, genişzolaqlı şəbəkələrin qurulması və rəqəmsal savadlılığın artırılması istiqamətində görülən işlər ölkəmizi BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində “Çox Yüksək EGDI” kateqoriyasına daxil edib. Bu tədbir Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda rolunu daha da möhkəmləndirəcək.

Qeyd edək ki, “WTDC-25” çərçivəsində 16 noyabr tarixində Qlobal Gənclər Sammiti keçiriləcək. Sammit dünya üzrə gənc liderləri, mühəndisləri, sahibkarları və tələbələri bir araya gətirərək onların texnoloji biliklərini artırmaq, yeni əməkdaşlıqlar qurmaq və gələcəyin peşələri barədə müzakirə aparmaq üçün platforma yaradacaq. Azərbaycanlı gənclərin bu sammitdə iştirakı onların beynəlxalq təcrübə qazanmasına, texnoloji ideyaların ölkə daxilində tətbiqinə və yeni təşəbbüslərin formalaşmasına şərait yaradacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025

Bakıda Qlobal Gənclər Günü keçiriləcək

29-10-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

15-01-2025

“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

14-07-2025

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib

14-10-2025

Zavazava: Bakı Bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün strateji yol xəritəsi olacaq

17-11-2025

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025

İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

17-11-2025

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025

Cenevrədə “WTDC-25” ilə bağlı diplomatik brifinq keçirilib

05-11-2025

Bakıda keçirilən “WTDC-25” iştirakçı sayı ilə rekord qırıb

08-12-2025

Azərbaycan gələn il BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək

06-06-2024

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirməsini müzakirə edib

15-11-2025

ITU rəqəmsal inkişaf üzrə qlobal öhdəlikləri yerinə yetirməyə çağırır

17-11-2025

Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

16-01-2025

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024

Bakıda Qlobal Gənclər Sammiti keçirilib

17-11-2025

Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

08-06-2022

“WTDC-25” çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

20-11-2025

“WTDC-25” çərçivəsində Azərbaycanın nailiyyətlərindən danışılıb

19-11-2025

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə