Previous Next
Bağla

İlon Mask NASA-nın xərclərinin səmərəliliyini araşdıracaq

13-02-2025 12:01
İlon Mask NASA-nın xərclərinin səmərəliliyini araşdıracaq

NASA-nın rəhbəri vəzifəsini icra edən Canet Petro bildirib ki, İlon Maskın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) kosmik agentliyin xərclərini araşdırmağı planlaşdırır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, əvvəllər NASA-nın Kennedi Kosmik Mərkəzinin rəhbəri olan Petro Vaşinqtonda keçirilən kosmik sənaye konfransı zamanı jurnalistlərə müsahibəsində deyib: “Biz DOGE-nin gəlişini təmin edəcəyik. Araşdırma qrupu digər agentliklərdə etdiklərinə bənzər şəkildə bizim ödənişlərimiz və maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsi məsələlərini yoxlayacaq”.

“SpaceX”in qurucusu və baş direktoru Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti və ya DOGE həddindən artıq hesab etdiyi federal xərcləri azaltmağa çalışdığı üçün son həftələrdə hökumət ödənişləri və kadr sistemlərinə daxil olaraq ABŞ bürokratiyasını sarsıdıb.

Maskın kosmik şirkətinin NASA ilə Beynəlxalq Kosmik Stansiyaya astronavtların göndərilməsi və geri qaytarılması, habelə “Starship” kosmik gəmisindən istifadə edərək insanları Aya endirmək üçün təxminən 15 milyard dollarlıq müqavilələri var.

Tramp administrasiyasının məmurlarından ibarət kiçik bir qrup artıq NASA-nın təxminən 24 milyard dollarlıq illik büdcəsini təşkil edən müxtəlif elmi və kosmik missiya proqramlarını araşdırmağa başlayıb, Petroya isə müvafiq icra sərəncamlarını icra etmək tapşırılıb.

Bu mürəkkəb şəraitdə mütəxəssislər NASA-nın insanları Aya endirmək üzrə qabaqcıl kosmik proqramının Marsa potensial missiyalarının taleyinin qeyr0müəyyən olduğu qənaətindədir. DOGE üçün NASA-nın həddindən artıq büdcəsi olan Ay raketi, kosmik start sistemi potensial xərcləri azaltma hədəflərindən biri kimi görünür, amma respublikaçıların çoxluq təşkil etdiyi ştatlarda bu planın müqavimətlə üzləşəcəyi ehtimal olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NASA Aya eniş planını İlon Maskın rəqiblərinə açıq elan edib

21-10-2025

NASA növbəti heyəti Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

12-02-2026

ABŞ-ın nəqliyyat naziri NASA rəhbəri vəzifəsini icra edəcək

10-07-2025

“SpaceX” “Dragon” gəmilərini istismardan çıxaracaq

06-06-2025

SpaceX NASA-ya Aya sadələşdirilmiş eniş proqramı təklif edib

31-10-2025

NASA astronavtları Aya göndərir

03-03-2023

NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

03-10-2023

“Blue Ghost” kosmik aparatı Aya eniş edib

03-03-2025

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

03-04-2026

NASA öz kosmik gəmisi ilə əlaqəni itirib

11-12-2025

Tramp: Mask dostunu NASA-nın rəhbəri təyin etməyi xahiş edib

07-07-2025

NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

02-04-2026

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

13-02-2026

NASA-nın xərcləri azaldılacaq

03-04-2026

Dörd astronavt Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıb

11-08-2025

NASA Çin vətəndaşlarına agentlik proqramlarında iştirakı qadağan edib

11-09-2025

İxtisarlar NASA-nın proqramlarına mənfi təsir edəcək

31-07-2025

ABŞ NASA-ya 19 milyard büdcə ayırır

13-03-2017

NASA astronavtları geri qaytarmaq üçün BKS-ə göndərəcəyi kapsulu dəyişdirib

12-02-2025

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

02-10-2021

NASA Günəşdəki partlayışın şəklini çəkib

25-08-2015

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024

İlon Mask: “SpaceX”in prioriteti Ayda şəhər yaratmaqdır

09-02-2026

SpaceX Beynəlxalq Kosmik Stansiyaya maneken-pilot göndərir

02-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə