İlon Musk tamhüquqlu kommunikasiya platformasına çevirilməkdə olan “X”ı yeni “XChat” adlı təhlükəsiz mesajlaşma xidməti kimi təqdim edib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, funksiya “WhatsApp”, “Telegram” və “iMessage” kimi mesajlaşma platformalarına birbaşa rəqib olaraq, məxfiliyə, fayl paylaşımına və platformalararası zənglərə diqqət yetirir.
Maskın sözlərinə görə, “Xchat” sürəti və yaddaş təhlükəsizliyi ilə tanınan “Rust” proqramlaşdırma dilindən istifadə edilərək, tamamilə sıfırdan qurulub. O, iddia edir ki, tətbiqdə indi “Bitcoin” tipli şifrələmədən istifadə edilir, bu da mesajlaşma funksiyalarına yeni məxfilik səviyyəsini əlavə edir. Başdan sona şifrələmə sayəsində “XChat”da söhbətlər tamamilə məxfi qalır – onları yalnız göndərən və qəbul edən şəxs görür. Bildirilir ki, istifadə olunan şifrələmə üsullarının kriptovalyuta şəbəkələrində istifadə edilənləri xatırladır, bu da yüksək məlumat təhlükəsizliyi standartı vəd edir.
“XChat” hazırda məhdud sayda beta testerləri üçün əlçatandır. Tam açılması yaxın vaxt gözlənilir, baxmayaraq ki, rəsmi müddətlər təsdiq edilməyib. Bu anons X-in şifrəli birbaşa mesajlardan əvvəlki imtinasından sonra olub, bu da şirkətin mesajlaşma üçün arxa hissəsini tamamilə yenidən dizayn etdiyini göstərir.
Uzunmüddətli perspektivdə Mask X-i “super proqrama” – Çinin “WeChat”a bənzər ödənişləri, mesajlaşma və sosial medianı birləşdirən vahid platformaya çevirməyi planlaşdırır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları