Ən yaxşı mesajlaşma proqramları

18-12-2015 / 15:36

Ağıllı telefonlar həyatımıza daxil olduqdan sonra mesajlaşma proqramları populyarlıq qazandı.

Mobil internetin istifadəsinin artması və insanların sosiallaşmaq üçün telefonlarından  istifadə etməsi bu tip tətbiqlərin artmasına  səbəb oldu.

Xeberler.az bu dəfə ən yaxşı mesajlaşma tətbiqlərini təqdim edir:

Tictoc messenger

Ödənişsiz mesajlaşma tətbiqlərindən biri olan Tictoc sizə dostlarınızla ödənişsiz mesajlaşma imkanı yaradır.

İstifadəçilərin söhbətlərini saxlamayan tətbiq eyni zamanda Dropbox hesabı ilə əlaqəli işləyir. Həmçinin Tictoc Messenger tətbiqi ilə ölkədaxili və ölkəxarici danışıqlarınızı ödənişsiz edə bilərsiz.

 

WeChat

Yeni dostlar qazanmaq üçün istifadə olunan WeChat proqramında bir çox funksiyalar var. Ödənişsiz səsli zəng və görüntülü danışıq edə biləcəyiniz proqramda oyun da oynamaq mümkündür.

 

Telegram

Ruslar tərəfindən hazırlanan Telegram təhlükəsizliyinə görə diqqət çəkir. Gizli söhbət funksiyası olan  proqram vasitəsilə 1 GB həcmli faylları göndərmək mümkündür. Həmçinin mesajlaşma proqramında 200 nəfərlik qrup söhbəti etmək mümkündür.

 

Snapchat

Digər mesajlaşma tətbiqlərindən fərqli olaraq göndərdiyiniz şəkil və ya yazılar bir müddət sonra  yox olur. Mesajların yox olmasını maksimum 10 saniyə görünəcək şəkildə tənzimləyə bilərsiniz.

 

Line

Yaponlar tərəfindən hazırlanan tətbiqdə səsli və görüntülü danışıq imkanı var. Maraqlı emosiyalarının olması ilə diqqət çəkən proqram 52-dən çox ölkədə ən çox istifadə olunan tətbiqdir.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə