“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

14-04-2022 / 23:09

“META” platformasına məxsus mesajlaşma xidməti cümə axşamı bildirib ki, “WhatsApp” iş yerləri və məktəblər tərəfindən istifadə oluna bilən daha böyük qruplar təşkil etmək üçün “İcmalar” adlı yeni funksiyanı sınaqdan keçirir.

Xeberler.az bildirir ki, az sayda qlobal icma ilə beta sınaqdan keçirilən yeni funksiya üçün ödəniş etmək üçün cari planların olmadığını söylənilib. Lakin gələcəkdə “premium xüsusiyyətlərin" təklif edilməsini də istisna edilməyib.Başdan-uca şifrələnmiş və təxminən 2 milyard istifadəçisi olan mesajlaşma xidməti, “İcmalar” xüsusiyyətinin də başdan-başa şifrələnəcəyini söylədi. “WhatsApp” toplu mesajlaşma və dezinformasiya yayılması da daxil olmaqla sui-istifadə halları ilə mübarizə aparır.

“WhatsApp” “İcmalar”ın işə salınmasından əvvəl “Qruplar” xüsusiyyətində də dəyişikliklər olacağını söylədi. O, qrup administratorlarına hər kəsin söhbətindən problemli mesajları silmək, 32 nəfərə qədər səsli zəngi tətbiq etmək, fayl paylaşımını 2 giqabayta qədər artırmaq və mesajlara emoji reaksiyaları əlavə etmək imkanı əlavə etdiyini bildirib.

“META” platformasının rəhbəri Mark Zukerberq cümə axşamı “İcmalar”ın yaxın aylarda istifadəyə veriləcəyini söyləyib. Meta həmçinin davam edən, məxfiliyə doğru elan edilmiş dönüşün bir hissəsi olaraq tətbiqlərindəki digər mesajlaşma xidmətlərində ucdan-uca şifrələməni yaymağı planlaşdırır. 

Fidan Ali


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə