Previous Next
Bağla

İlqar Musayev Rumınıyalı həmkarı ilə görüşüb

18-04-2024 15:26
İlqar Musayev Rumınıyalı həmkarı ilə görüşüb

Səfər çərçivəsində Xidmət rəisi general-leytenant İlqar Musayevin Rumıniyanın Xüsusi Telekommunikasiya Xidmətinin rəisi general-leytenant Lonen Sorin Balan ilə Buxarest Parlament Sarayında görüşü baş tutmuşdur.

Xüsusi Telekommunikasiya Xidməti (XTX), Rumıniyada dövlət orqanları və qanunla nəzərdə tutulmuş digər istifadəçilər üçün xüsusi telekommunikasiya sahəsində fəaliyyətləri təşkil edən, nəzarət edən və əlaqələndirən mərkəzi ixtisaslaşmış orqandır. General -leytenant Lonen Sorin Balan XTX-nin hərbi struktura malik olduğunu və milli müdafiə sisteminin bir hissəsi olduğunu qeyd etmişdir. XTX istifadəçilər üçün naqil, radio, optik və ya digər elektromaqnit sistemləri vasitəsilə hər hansı xarakterli işarələrin, siqnalların, yazıların, təsvirlərin, səslərin və ya məlumatların ötürülməsini təmin edir.

Eyni zamanda XTX-nin fəaliyyətinin Ali Milli Müdafiə Şurası tərəfindən təşkil edildiyi və Rumıniya Parlamenti tərəfindən nəzarət həyata keçirildiyini bildirilmişdir.

İlqar Musayev Xidmətin dövlət qurumları üçün informasiya təhlükəsizliyini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğunu, mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərinin audit və monitorinqini təşkil etdiyini bildirmiş, ortaq təcrübələr haqqında ətraflı məlumat vermiş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Görüşdə birgə əməkdaşlıq istiqamətində görüləcək işlər müzakirə edilmişdir

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

27-04-2023

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

İlqar Musayev: Süni intellekt kibermüdafiyə strategiyamızı gücləndirmək imkanı verir

15-10-2024

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

17-04-2024

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ilk kollegiya iclası keçirilib

17-05-2024

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

İlqar Musayev: "Gələcəyə yaxşı hazırlanmış mütəxəssislərlə gedirik"

27-10-2023

XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

19-03-2026

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

20-12-2024

İlqar Musayev: Texniki fasilələr kibertəhlükəsizliyin önəmini göstərir

03-02-2026

XRİTDX rəisi “Alibaba Cloud”un bulud həllərinin müxtəlif tətbiq istiqamətləri ilə tanış olub

02-04-2024

Dövlət Xidmətinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

12-12-2025

Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

26-01-2024

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024

Milli Müdafiə Universitetinə rektor təyin olunub

30-06-2022

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə