Previous Next
Bağla

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025 11:44
Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2024-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək hədəflər müzakirə olunub.

Xeberler.az bildirir ki, tədbiri giriş nitqi ilə açan Xidmət rəisi, general-leytenant İlqar Musayev ötən il ərzində həyata keçirilən strateji layihələr və informasiya təhlükəsizliyi sahəsində əldə olunan uğurlardan danışıb. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə göstərilən diqqət və qayğının nəticəsində XRİTDX-nin fəaliyyətinin daha da genişləndirildiyini və beynəlxalq əməkdaşlığın gücləndirildiyini vurğulayıb.

Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı kimi qlobal tədbirin yüksək səviyyədə təşkil olunmasında Xidmət tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm vəzifələrin həyata keçirilməsi barədə məlumat verilib.

Müşavirədə ötən il ölkəmizdə ilk dəfə təşkil olunan Kiberdiplomatiya üzrə beynəlxalq konfrans və yeni yaradılan Kiberdiplomatiya Mərkəzinin fəaliyyəti xüsusilə qeyd edilib. Eləcə də, müşavirədə kiberməkanın qlobal təhlükəsizlik məsələlərinə təsiri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, müşavirədə ötən il ərzində Kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi və dövlət informasiya ehtiyatlarının mühafizəsi üçün yeni hüquqi-normativ çərçivələrin hazırlanması kimi mühüm addımlar atıldığı qeyd olunub.

Tədbirdə həmçinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi üçün görülən işlər və əldə olunan nəticələr müzakirə edilib.

Müşavirəyə yekun vuran Xidmət rəisi, general-leytenant İlqar Musayev cari ildə Xidmətin qarşısında duran məsuliyyətli vəzifələrin icrası üçün görüləcək tədbirlər haqqında tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX-də 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

XRİTDX-də 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

02-02-2026
XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025
Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

26-01-2024
Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində müşavirə keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində müşavirə keçirilib

11-02-2023
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024
XRİTDX I yarımilə yekun vurub

XRİTDX I yarımilə yekun vurub

20-07-2023
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023
XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

XRİTDX və Odlar Yurdu Universiteti əməkdaşlıq edəcək

19-03-2026
XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

27-04-2023
XRİTDX-də Zəfər Günü qeyd edilib

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026
XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

20-12-2024
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ilk kollegiya iclası keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ilk kollegiya iclası keçirilib

17-05-2024
Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023
XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

24-08-2024
Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023
Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

17-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə