İnformasiya cəmiyyətinə böyük töhfə -“İnformasiya cəmiyyətinin əsasları” fənni

27-05-2010 / 09:44

Artıq üç ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsi ilə birgə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirilir.Tədris-İnnovasiya Mərkəzində həyata keçirilən kursun proqramında nəzərdə tutulan mövzular da əsasən institutun əməkdaşları, aspirant və dissertantları tərəfindən sistemli, kompleks araşdırılır, həmçinin bu sahələr üzrə uzun müddət ərzində əldə edilmiş təcrübə mövcuddur.

Bu gün keçirilən və cari il üçün sonuncu olan yekun mühazirə də tələbələr tərəfindən böyük maraqla dinlənildi.

“İnformasiya cəmiyyətinin əsasları” kursu çərçivəsində tələbə-jurnalistlər minilliyin ideologiyası olan İC-nin yaranma səbəblərini, mahiyyətini, əsaslarını öyrənməklə yanaşı yeni cəmiyyətin formalaşması istiqamətində ölkəmizdə dövlət başçısının rəhbərliyi altında müvafiq nazirlik və təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat əldə etdilər. Bundan əlavə dünyada İC problemlərinin tədqiq olunma səviyyəsinə dair araşdırmalarla, həmçinin AMEA İTİ tərəfindən İC problemləri istiqamətində həyata keçirilən elmi fəaliyyətlə yaxından tanış oldular. Bu biliklər onların jurnalist kimi yetişməsində olduqca əhəmiyyətlidir. // xeberler.az/Ellada


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə