İnformasiya texnologiyaları (İT) və informasiya təhlükəsizliyi sahəsində 200 mütəxəssis arasında keçirilən sorğu zamanı respondentlərin 25 faizi kiberhücumların müəyyənləşdirilməsinin və qarşısının alınmasının iki il əvvələ nisbətdə daha da çətinləşməsi fikri ilə razılaşıb.
Bu barədə “Enterprise Strategy Group” şirkətinin analitikləri bildirib.
Rəyi soruşulanların 59 faizi bildirib ki, zərərli proqramlar bir il əvvəlki analoqları ilə müqayisədə mürəkkəbləşib. Bundan əlavə, respondentlərin əksəriyyəti (87 faiz) qeyd edib ki, onların işəgötürənləri bu müddət ərzində təhlükəsizliyin lazımi səviyyədə təmin olunmasına xərcləri mütəmadi artırıblar.
Sorğudan həmçinin məlum olub ki, İT ekspertlərin 54 faizi bu gün daima artan yeni təhdidlərin tam nəzərə alınmasının qeyri-mümkünlüyünə əminliyini ifadə edib. “patch” və yeniləmələri operativ quraşdırmaq, eləcə də informasiya təhlükəsizliyi proqramlarının maliyyələşdirilməsini genişləndirmək üçün səylərə baxmayaraq İT təşkilatların kibercinayətkarlarla ayaqlaşa bilməməsi açıq-aydın görünür”, - analitiklər vurğulayıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri