Previous Next
Bağla

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023 12:12
Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti elmi seminarında “Milli terminoloji  informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.

İclasda əvvəlcə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seminarın institutun böyük elmi işçisi Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların elmi-nəzəri nəticələrinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırılıb.

Sonra Ə.Qurbanova dissertasiya işi çərçivəsində alınan elmi-nəzəri nəticələr haqqında ətraflı məlumat verdi. Tədqiqatçı dissertasiya işi üzrə 20-dən çox elmi əsərin çap edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, xarici jurnallarda çap olunmuş 6 məqalədən 2-si nüfuzlu “Web of Science”, 2-si isə “Scopus” beynəlxalq elmi bazasına daxil olan jurnallarda dərc olunub.

Cəmiyyətin, elm və texnologiyaların inkişafı ilə terminologiyanın daim inkişaf etdiyini söyləyən Ə.Qurbanova diqqətə çatdırdı ki, İnternetin sürətlə inkişafı, ölkəmizin açıq cəmiyyət olaraq qlobal dünyaya inteqrasiyası nəticəsində milli dil mühitinə daxil olan çoxdilli informasiya seli qarşısında terminoloji fəaliyyət çox böyük çətinliklərlə üzləşmişdir, dilimizin terminoloji təhlükəsizliyinə böyük təhdidlər yaranmışdır: “Çox sürətlə artan informasiya selinin qarşısında terminoloji fəaliyyətə alim və mütəxəssislərlə yanaşı, arzusu, qabiliyyəti olan vətəndaşların da cəlb olunması üçün səmərəli mexanizmlərin işlənilməsi zəruridir. Eyni zamanda İnternet vasitəsilə dilimizə sel kimi daxil olan yeni terminlərin toplanması, tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən mövcud terminoloji lüğətlərin vahid virtual mərkəzə toplanması milli dilin terminoloji bazasının müasir metodlarla zənginləşməsini zəruri edir”.

Tədqiqatçı dissertasiya işinin məqsədinin beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi Milli terminoloji informasiya sisteminin (MTİS) sintezi üçün model, metod və alqoritmlərin işlənməsi olduğunu söyləyib.

İddiaçının sözlərinə görə, terminoloji informatikanın formalaşması mərhələlərinin analiz olunması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mövcud yanaşmaların müqayisəli analizi, elmi-nəzəri və texnoloji problemlərinin müəyyən olunması, MTİS-in konseptual modeli və arxitektur-texnoloji prinsiplərinin  işlənməsi, OLAP texnologiyaları əsasında qərarların qəbulunu dəstəkləyən sistemin işlənməsi və verilənlərin analiz olunması, texnoloji dinamiki proseslərin riyazi modelləşdirilməsi və s. dissertasiya işi çərçivəsində qarşıya qoyulmuş əsas məsələlərdir.

Sonra Ə.Qurbanova müdafiəyə çıxarılan əsas müddəalar, dissertasiya işinin elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyətindən danışdı və qeyd etdi ki, alınmış elmi-praktiki nəticələrdən milli terminoloji informasiya mühitinin intellektual analizi, vəziyyətin proqnozlaşdırılması və monitorinqi, dilin təhlükəsizliyi, xarici təsirlərdən qorunması və yeni terminlərin milli xüsusiyyətlərə uyğunlaşdırılması məsələlərində, vətəndaş terminologiyasının formalaşmasında və s. istifadə edilə bilər.

Məruzəyə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. Müzakirələr zamanı institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış etdilər, dissertasiya işində mühüm elmi-nəzəri nəticələrin əldə olunduğunu, qarşıya qoyulan məsələlərin həll edildiyini bildirdilər, mövzu ilə bağlı irad və təkliflərini irəli sürüb.

Sonra dissertasiya işi üzrə elmi rəhbər, akademik Rasim Əliquliyev çıxış edərək tədqiqat işi çərçivəsində alınan nəticələrin Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, e-dövlət platformasında tətbiqi imkanlarının genişləndirilməsi baxımından böyük aktuallıq kəsb etdiyini söylədi. Bu dissertasiya işi ilə ölkədə terminoloji informatikanın əsasının qoyulduğunu vurğulanıb.

“Tədqiqat işi çərçivəsində elektron dövlət mühitində formalaşmaqda olan Azərbaycan dilinin ekosisteminin tərkib hissəsi kimi MTİS-in yaradılması və intellektual analizi nəzərdə tutulur. Bu sistem vətəndaşlar üçün açıq, etibarlı və əlçatan olmalı, dövlət dilinin konstitusion əsaslarının möhkəmləndirilməsinə xidmət etməlidir. Terminoloji sistem yaradılarkən həm qlobal çağırışlar, terminologiya sahəsində beynəlxalq standartlar, həm də ölkədə gedən rəqəmsal transformasiyalar, IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının imkan və tələblərinə diqqət yetirilmişdir”, - deyə akademik R.Əliquliyev əlavə etdi, eyni zamanda dissertasiya işi ilə bağlı bir sıra təklif və tövsiyələrini verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

16-12-2024

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023

Ölkədə texnologiya ilə bağlı hansı qrant layihələr olub?-Hesabat

27-04-2018

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

«Azərbaycan terminləri» portalı yaradılacaq

06-04-2009

Ölkəmizdə insanı əl damarlarının izləri ilə tanıyan texnologiya təqdim edildi

28-12-2015

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

25-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə