Previous Next
Bağla

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026 10:35
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Elmi şuranın iclasında institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi üzrə elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə hesabatını təqdim edib.

R.Şıxəliyev bildirib ki, 2025-cü ildə struktur bölmədə kompüter şəbəkələrinin intellktual monitorinqi, bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi, kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi, İnternet mühitində kompüter insidentlərinin intellektual analizi, İnternet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının  aşkarlanması, pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, kritik texnoloji sistemlərin kiber təhlükəsizliyinin təmin edilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması, eləcə də kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün kiberkriminalistik metod və alqoritmlərin işlənməsi ilə bağlı tədqiqatlar aparılıb.

Xeberler.az bildirir ki, məruzəçi əvvəlcə “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün model və metodların işlənilməsi” mövzusu üzrə aparılmış tədqiqalardan bəhs edib. Qeyd edib ki, mövzu üzrə kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi, o cümlədən kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqinin effektivliyinin intellektual qərar qəbuletmə əsasında artırılması istiqamətində araşdırmalar aparılıb.

R.Şıxəliyev “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” və  “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə aparılan tədqiqatları diqqətə çatdırıb, əldə olunan elmi-nəzəri nəticələrdən bəhs edib. Həmçinin, İnternet mühitində kompüter insidentlərinin intellektual analizi, informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması, kritik texnoloji sistemlərin kiber təhlükəsizliyinin təmin edilməsi, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması, kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün kiberkriminalistik metod və alqoritmlərin işlənməsi mövzuları üzrə alınmış elmi-nəzəri nəticələri diqqətə çatdırıb. O, aparılmış tədqiqatlarla bağlı əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallara təqdim olunduğunu qeyd edib.

R.Şıxəliyev 2025-ci ildə Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərdə 24 məqalənin, beynəlxalq və respublika səviyyəli konfranslarda 20 tezisin çap olunduğunu söyləyib.

Beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərdən söz açan məruzəçi 2025-ci ildə GEANT Assosiasiyası, Avropa Birliyi tərəfindən maliyyələşdirilən EU4Digital Proqramı üzrə EaPConnect layihəsi və Horizon Europe Araşdırma və İnnovasiya Proqramı, o cümlədən Böyük Britaniyanın Brayton şəhərində keçirilən TNC25 konfransı (Terena Şəbəkə Konfransı) çərçivəsində əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Eləcə də Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Şimali Makedoniyanın “Ss. Cyril and Methodius University” universiteti, Pakistanın FAST Milli Kompüter və İnkişaf Etməkdə Olan Elmlər Universiteti, ABŞ-ın Çikaqo Dövlət Universitetinin Sağlamlıq Elmləri və Əczaçılıq Kolleci, Honkonq Kore Akademiyası ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlərin aparıldığını nəzərə çatdırıb.

O, əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, Azərbaycan Elm Fondu və Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi qrantlarda iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabatla bağlı fikirlərini bölüşüb. Alim şöbədə aparılan tədqiqatların müasir elmi çağırışlara cavab verdiyini, nəzəri və tətbiqi baxımdan böyük aktuallıq kəsb etdiyini vurğulayıb. O, şöbənin dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyənləşdirilən kibertəhlükəsizlik istiqamətində fundamental elmi-nəzəri problemlərin araşdırılmasını əsas fəaliyyət sahələrindən biri kimi müəyyən etdiyini qeyd edib.

Akademik R.Əliquliyev gənc tədqiqatçıların elmi fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdıraraq, aparılan araşdırmaların nəticələrinin nüfuzlu elmi jurnallarda dərc olunması ilə bağlı tövsiyələr verib, şöbədə mütəmadi keçirilən elmi seminarların gənc tədqiqatçıların elmi dünyagörüşünün formalaşmasında və tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. Alim şöbədə aparılan tədqiqatların beynəlxalq elmi müstəvidə mövcud araşdırmalar kontekstində daha dərindən təhlil edilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Sonda Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinq nəticəsi beynəlxalq konfransda müzakirə olunub

08-10-2024

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017

Azərbaycan alimləri informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar aparacaqlar

02-02-2021

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

İnformasiya təhlükəsizliyinin idarə edilməsi üçün metodlar işlənilir

24-11-2015

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur

25-07-2023

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə