Previous Next
Bağla

İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

26-12-2024 09:42
İntellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır

AR ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminarında “Azərbaycanda intellektual elektron kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzusunda məruzə ətrafında müzakirələr aparılıb.

Xeberler.az məlumat verir ki, məruzəni təqdim edən institutun əməkdaşı Dilbər Əlizadə qeyd edib ki, tədqiqat işinin məqsədi müasir cəmiyyətdə rəqəmsal informasiyanın effektiv idarə olunmasını və əlçatanlığını təmin etmək, gələcək nəsillərin biliklərə və mədəni irsə asanlıqla çıxışını təmin edərək inkişafın davamlılığını gücləndirmək, eyni zamanda Azərbaycanda elektron kitabxanaların intellektuallaşdırılması problemlərinin araşdırılması və həlli yollarının işlənilməsidir.  

D.Əlizadə işin aktuallığını diqqətə çatdıraraq intellektual elektron kitabxanaların yaradılmasının müasir cəmiyyətin inkişaf edən tələblərinə uyğun olaraq aktual və zəruri məsələ olduğunu qeyd edib. Bildirib ki, intellektual elektron kitabxanaların yaradılmasının aktuallığı yalnız texnoloji inkişafla deyil, həm də təhsil, mədəniyyət, elmi tədqiqatlar, sosial bərabərlik və informasiya təhlükəsizliyi sahələrindəki tələblərlə bağlıdır.

Sonra o, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını qeyd edib: “İntellektual elektron kitabxanalar sahəsində dünya təcrübəsi inkişaf etmiş ölkələrdə geniş yayılmış və müxtəlif müasir texnologiyalarla dəstəklənmişdir. Müasir dövrdə bulud əsaslı intellektual elektron kitabxanaların yaradılması böyük əhəmiyyət kəsb edir. Bulud hesablama texnologiyaları məlumatların saxlanması, idarə edilməsi və paylaşılması üçün effektiv həllər təqdim edir”.

O, əlavə edib ki, viki və multimedia texnologiyaları intellektual elektron kitabxanalardan istifadəni asanlaşdırır, interaktivliyi artırır və məlumatları daha əlçatan edir.

Daha sonra D.Əlizadə tədqiqat işində sentiment analiz texnologiyalarının intellektual elektron kitabxanalara tətbiqi məsələlərinə baxıldığını qeyd edib. Nəzərə çatdırıb ki, sentiment analiz texnologiyalarının intellektual elektron kitabxanaya tətbiqi istifadəçi təcrübəsini artırmaq, məzmunu daha səmərəli idarə etmək üçün perspektivli yanaşmadır.

Məruzə ətrafında müzakirə aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədqiqat işinə dair öz təklif və tövsiyələrini səsləndirib. Alim mövzunun aktuallığını önə çəkərək elektron kitabxanaların intellektuallaşdırılmasının təkamülü məsələsinin dərindən araşdırılmasının vacibliyini qeyd edib. Alim Dördüncü Sənaye İnqilabının gətirdiyi texnoloji yeniliklər nöqteyi-nəzərindən müasir elektron kitabxanların kibertəhlükəsizlik aspektindən də tədqiq olunmasının vacibliyini qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron kitabxanaların informasiya təhlükəsizliyinin təmin olunması müzakirə edilib

11-06-2025

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30-01-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025

Elektron kitabxanaların yaradılması sahəsində beynəlxalq təcrübə araşdırılır

25-05-2022

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024

Azərbaycanda elektron elmi-intellektual baza yaradılır

02-03-2016

Elektron kitabxanalarla bağlı problemlər müzakirə edilib

18-03-2016

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları tədqiq edilir

24-06-2023

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə