Previous Next
Bağla

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025 19:49
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu Elmi şurasının növbəti iclasında bu elmi qurumda proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri üzrə 2025-ci il ərzində aparılaсaq tədqiqatlar barədə məlumat verilib.

Xeberler.az məlumat verir ki, şöbə müdiri dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin çapı, şöbədə keçiriləcək elmi seminarlar haqqında ətraflı danışıb.

Dosent T.Kazımov “Sosial mühəndislikdə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və tövsiyələrin verilməsi” mövzusu üzrə intellektual analiz və konseptual modelin işlənməsi, eləcə də proqram sistemlərinin istismarı prosesində meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsinin nəzərdə tutulduğunu qeyd edib.

Şöbə rəhbəri “Proqram sistemlərinin dayanıqlılığının artırılması üçün metod və modelin işlənməsi” mövzusunda aparılan tədqiqatlar barədə məlumat verib. Bildirib ki, iş üzrə proqram sistemlərinin dayanıqlılığının artırılması üçün qeyri-səlis neyron şəbəkə modelinin tətbiqi, proqram kodunun obfuskasiyasının elmi-nəzəri problemlərinin araşdırılması, proqram təminatı layihələrinin vizuallaşdırılması üçün mövcud model və vasitələrin müqayisəli təhlilinin aparılması planlaşdırılır.

O, həmçinin qeyd edib ki, “Proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində tədqiqatların aparılması da şöbənin cari il üzrə planına daxildir.

Dosent T.Kazımov il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə 8 məqalənin və 10 konfrans materialının təqdim edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək təqdim olunan fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim struktur bölmədə müasir dövrün çağırışlarına cavab verən elmi istiqamətlərdə tədqiqatlar aparıldığını qeyd edib, proqram sistemlərinin problemlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017
Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026
Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025
Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024
İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016
İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə  edilib

İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə edilib

21-12-2020
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə