Previous Next
Bağla

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025 19:47
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar davam etdiriləcək.

Xeberler.az məlumat verir ki, bu barədə Elmi şuranın iclasında rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verilib. Fəaliyyət planını təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova cari ildə nəzərdə tutulan elmi-tədqiqat işlərini diqqətə çatdırıb.

Şöbə müdiri “Elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinə dair rəqəmsal dövlət sahəsində dünya təcrübəsi, problemlər və perspektivlər, eləcə də rəqəmsal dövlət platformasında inzibati idarəetmə sahəsində mövcud yanaşmaların tədqiqi və təhlilinə dair araşdırmalar aparılacağını qeyd edib.

Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemlərinə dair tədqiqatlardan bəhs edən məruzəçi rəqəmsal tibbi terminoloji sistemin formalaşması məsələləri, Milli terminoloji informasiya sistemi əsasında fərdlərin bəzi xüsusiyyətlərinin avtomatik identifikasiyası metodunun işlənməsi ilə bağlı məsələlərin cari il üzrə fəaliyyət planına daxil olduğunu söyləyib.

Onun sözlərinə görə, bu il informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “Milli informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi üçün metod və alqoritimlərin işlənməsi” mövzusunda tədqiqatlar davam etdiriləcək. Bu istiqamətdə ölkə səviyyəsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün Milli kibertəhlükəsizlik monitorinqi sisteminin konseptual əsaslarının işlənilməsi nəzərdə tutulur.

G.Nəbibəyova il ərzində 6 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, 6 tezisin respublika və beynəlxalq səviyyəli konfranslara təqdim ediləcəyini söyləyib.

Daha sonra o, şöbənin elmi-praktik və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Şöbənin fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb. Alim tibbi terminoloji informasiya sisteminin yaradılması ilə bağlı tədqiqatlar aparılmasının zəruri olduğunu qeyd edərək, bu istiqamətdə təklif və tövsiyələrini səsləndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
 İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

16-03-2023
Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025
İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023
Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Texnoparkların idarə olunması üçün model və mexanizmlər  araşdırılır

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024
İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə