Previous Next
Bağla

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025 17:45
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib.

Xeberler.az bildirir ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun dissertantı Elşən Bağırov dissertasiya işinin məqsədinin zərərli proqramların yüksək dəqiqliklə aşkarlanması üçün intellektual metod və alqoritmlərin işlənməsi olduğunu bildirib. O, dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramların aşkarlanması istiqamətində “Scopus” və “Web of Science” elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları tədqiq edilib, aparılmış tədqiqatların trendi illər üzrə şərh edilib, mühüm çatışmazlıqlar müəyyən edilib. Dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üçmərhələli ümumi konseptual model təklif edilib. “Windows” və “Android” əməliyyat sistemi mühitində zərərli proqramların və proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterizasiya əsaslı maşın öyrənmə metodları işlənib.

Məruzəçinin sözlərinə görə, iş üzrə həmçinin zərərli proqramların təsvirlərə çevrilərək aşkarlanması üçün transfer öyrənmə əsaslı yüksəkdəqiqlikli aşkarlama üsulu işlənib: “Eksperiment zamanı təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Generativ Rəqib Şəbəkə modeli işlənilib və artırılmış verilənlər üzərində maşın öyrənmə modelləri yoxlanılıb. Zərərli proqramların aşkarlaması üçün təklif edilmiş modellərin izahetmə qabiliyyətinin qiymətləndirilməsi üçün üç fərqli verilənlər toplusundan istifadə etməklə eksperimentlər aparılıb və SHAP, LIME, əlamətlərin əhəmiyyətliliyi kimi nəticələri əldə edilib. Verilənlərin real mühitdə istifadə edilməsi zamanı əlamətlərin yayınmasını yoxlamaq məqsədilə PSI metodu eksperimental olaraq qiymətləndirilib”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Daha sonra çıxış edən akademik Rasim Əliquliyev dissertasiya işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. O, tədqiqat işinin aktual elmi problemlərə həsr olunduğunu bildirib, əldə olunan nəticələrin elmi və praktiki baxımdan əhəmiyyətini vurğulayıb. Alim iş çərçivəsində proqram mühəndisliyinin keyfiyyətinin və dayanıqlılığının artırılması, o cümlədən süni intellekt texnologiyaları vasitəsilə kibertəhlükələrin aşkarlanması ilə bağlı tədqiqatlara daha geniş yer ayrılmasının vacibliyini qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Kiberhücumların aşkarlanması metodları öyrənilir

28-02-2017

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

İnternetdə terrorizmin aşkarlanması metodu müzakirə edilib

07-07-2017

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda bir sıra mühüm elmi nəticələr əldə edilib

21-12-2020

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025

Azərbaycanlı alimlərin məqaləsi ABŞ-da çap olunan kitaba daxil edilib

02-12-2022

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə