Previous Next
Bağla

İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

17-07-2026 21:31
İnnovasiya ekosisteminə dair qanunvericilik təşəbbüsləri ilə bağlı ictimai dinləmə keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan innovasiya ekosisteminə dair qanunvericilik təşəbbüslərinə həsr olunmuş ictimai dinləmə keçirib.

Xeberler.az məlumat verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, nazir müşaviri Rəşad Bayramov, nazirliyin rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri Rəşad Xalıqov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin (İRİA) sədri Fərid Osmanov çıxış ediblər. İctimai dinləmədə bank sektorunun, ödəniş təşkilatlarının, fintek və İKT şirkətlərinin nümayəndələri, innovasiya ekosisteminin iştirakçıları, investorlar və ekspertlər iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çıxışında bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin rəqəmsal transformasiyası üzrə əsas yol xəritəsidir. Qeyd olunub ki, Fəaliyyət Planı 4 strateji istiqamət, 4 dəstəkləyici faktor və ümumilikdə 58 təşəbbüsü əhatə edir.

Nazir müavini vurğulayıb ki, Fəaliyyət Planının strateji istiqamətlərini rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik təşkil edir. Bu istiqamətlər üzrə əsas məqsəd vətəndaş, biznes və dövlət üçün rəqəmsal xidmətlərin vahid ekosistemə inteqrasiyası, süni intellektin strateji inkişaf aləti kimi tətbiqi, innovasiya ekosisteminin və onu dəstəkləyən normativ-hüquqi bazanın formalaşdırılması, eləcə də milli rəqəmsal dayanıqlığın gücləndirilməsidir. Rəşad Həsənov qeyd edib ki, innovasiya istiqaməti çərçivəsində innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi hədəflənir.

Rəşad Həsənov çıxışında iştirakçıları formalaşmaqda olan yeni imkanlardan fəal şəkildə yararlanmağa çağırıb. Qeyd olunub ki, qanunvericilik təşəbbüsləri və nəzərdə tutulan güzəştlər innovativ bizneslərin inkişafı, rəqabətqabiliyyətli texnologiya şirkətlərinin formalaşması, yeni investisiyaların cəlb edilməsi və İKT ixracının artırılması üçün əlverişli şərait yaradacaq. Özəl sektorun bu imkanlardan səmərəli istifadə etməsi ölkənin innovasiya ekosisteminin inkişafına və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi hədəfinə mühüm töhfə verəcək.

Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Fəaliyyət Planı çərçivəsində görülən işlər və hazırlanmış qanunvericilik təşəbbüsləri barədə təqdimatla çıxış edib.

Bildirilib ki, bu hədəflərə nail olmaq üçün hazırlanmış qanunvericilik paketi Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran ən genişmiqyaslı islahat təşəbbüslərindən biridir. Paket 33 qanuna, 9 Prezident Fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutur. İslahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ bizneslər və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.

Təqdimatda müasir vençur kapitalı ekosisteminin formalaşdırılması məqsədilə beynəlxalq praktikada geniş istifadə olunan, startapların gələcək paylarının (səhmlərinin) əldə edilməsi üçün investisiya alətlərinin (SAFE və Convertible Note) hüquqi əsaslarının yaradılması, şirkət əməkdaşının həmin şirkətdən pay almaq (ESOP) mexanizminin tətbiqi, vençur investisiyalarına vergi stimullarının verilməsi, kraudfandinq fəaliyyətinin hüquqi tənzimlənməsi, Mərkəzi Bankın nəzarət mexanizmləri, investorların hüquqlarının qorunması və maliyyə monitorinqi tələbləri barədə məlumat verilib.

Həmçinin tədqiqat və inkişaf (R&D) fəaliyyətinin təşviqi, intellektual mülkiyyət obyektlərinin kommersiyalaşdırılması üçün vergi təşviqləri, innovasiya fəaliyyətində eksperimentlərin hüquqi və vergi baxımından dəstəklənməsi, "Rəqəmsal səyyah" vizasının tətbiqi, texnologiya şirkətləri üçün valyuta əməliyyatlarının liberallaşdırılması, beynəlxalq ödənişlərin sadələşdirilməsi və dövlət satınalmalarında startaplar üçün xüsusi imkanların yaradılması ilə bağlı təklif olunan dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb.

İctimai dinləmə çərçivəsində kraudfandinq, vençur kapitalı fondları və güzəşt layihələri çərçivəsində maliyyə-bank aspektləri üzrə təklif olunan qanunvericilik dəyişiklikləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb, səsləndirilən təklif və rəylər dinlənilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

08-07-2026
Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq

Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq

09-06-2026
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

06-07-2026
 Azərbaycanda Vençur Kapital Fondu yaradılır

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022
RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

09-06-2026
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

27-02-2026
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023
Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

17-06-2026
İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025
Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

02-03-2026
Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024
Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

10-01-2024
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

17-07-2026
Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

02-02-2026
Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

09-06-2026
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfər edib

Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfər edib

07-04-2025
Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon ABŞ dolları dəyərində qrant ayırdı

Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon ABŞ dolları dəyərində qrant ayırdı

20-07-2022
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə