Previous Next
Bağla

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019 23:28
İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

“İnnovasiya Festivalı” çərçivəsində Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə növbəti seminar işə başlayıb.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus respublikalarının nümayəndələri və xarici ekspertlər iştirak edirlər.

Seminar çərçivəsində iştirakçı ölkələrdə innovasiya və startap ekosistemlərinin formalaşdırılması istiqamətində görülmüş işlər müzakirə olunub, ekspertlər tərəfindən Avropada həyata keçirilmiş ən yaxşı təcrübələr barədə məlumat verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov çıxış edərək Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Nazirlik rəsmisi dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. O, ölkəmizdə yaradılmış İnnovasiyalar Agentliyinin sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açacağını bildirib.

Moldova İKT şirkətləri Assosiasiyasının strateji layihələr üzrə direktoru Ana Çirita isə ölkəsində tətbiq olunan innovasiyalara dair təqdimatla çıxış edib. Təqdimatda "Digital Moldova 2020" layihəsi və İT-nin inkişafına dair 2019-2023-cü illər üçün Strategiya barədə məlumat verilib.

Eyni zamanda, Moldovada fəaliyyət göstərən İT Parklardan danışılıb. İT Parklarda 419 rezidentin olduğu, bunlardan 109-nun 28 ölkəni təmsil etdiyi qeyd edilib.

Həmçinin, startap ekosisteminin yeni inkişaf tendensiyalarından bəhs edilib.

Ukraynanın İnnovasiya və Texnologiya Transferi üzrə Direktoratının baş direktoru Darya Çayka isə təqdimatında ölkədə tətbiq olunan İnnovasiya Strategiyasının əsas istiqamətlərini diqqətə çatdırıb. Ölkə rəsmisi təqdimatında əsasən təhsil sahəsində innovasiyaların tətbiqini şərh edib.

Seminarda 2019-2021-ci illər üçün “Şərq Tərəfdaşlığı” ölkələrinin “ICT innovation and startup ecosystems” istiqamətində birgə həyata keçirəcəyi layihələr müzakirə edilib.

Qeyd edək ki, 2014-cü ildən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Proqramı”nın “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü həyata keçirilir. HDM təşəbbüsün məqsədi vahid rəqəmli bazarın üstünlüklərini “Şərq Tərəfdaşlığı” ölkələrinə genişləndirməklə bu ölkələrdə rəqəmli iqtisadiyyatın və cəmiyyətin inkişafına dəstək verilməsidir. Ölkəmizi bu təşəbbüsdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir.

Seminar öz işini sabah da davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019
Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017
Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020
Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018
EU4Digital Bakıda fəaliyyətə başlayır

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019
Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

13-02-2019
Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015
Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

07-03-2019
Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib

Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu keçirilib

06-11-2019
Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015
Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

17-09-2019
Azərbaycanda YayFest təşkil olunub

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019
Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

18-11-2019
SİNAM  ölkədə  e-gömrük üzrə həllərin tətbiqinə başlayır

SİNAM ölkədə e-gömrük üzrə həllərin tətbiqinə başlayır

10-11-2015
RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

10-06-2015
Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

07-09-2019
“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020
Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələri ilə regional rouminq sazişi imzalayacaq

09-07-2021
Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

21-04-2018
“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020
Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

Bakıda K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçirilir

25-10-2023
“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024
Elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başladı

Elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başladı

08-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə