Previous Next
Bağla

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019 13:36
Azərbaycanda YayFest təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıdan və regionlardan 1000-ə yaxın gəncin iştirak etdiyi “YayFest” çərçivəsində startap və innovasiya paneli təşkil edilib.

Xeberler.az bildirir ki, paneldə qurumun şöbə müdiri Rəşad Əzizov Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Nazirlik rəsmisi dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə ildir ki, bu istiqamətdə fəaliyyət göstərir. Ölkəmizdə artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır. Nazirlikdən birbaşa maliyyə və təşkilati dəstək alan bir neçə startap nüfuzlu beynəlxalq yarışmaların qalibi olub”, – deyə şöbə müdiri vurğulayıb.

R.Əzizov bildirib ki, ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi və yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə “İ2B – İdeyadan Biznesə” layihəsi həyata keçirilir.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri ilə birgə keçirilən layihə paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Qaliblərə və fərqlənən komandalara “Bakutel” sərgisində öz layihələrini nümayiş etdirmək üçün şərait yaradılır. “Bakutel-2018” sərgisində rekord sayda – 50-dən artıq startap təmsil olunmuşdu. Bu göstərici sözügedən sahədə əldə olunan müsbət nəticələrin bariz nümunəsidir”.

Şöbə müdiri, həmçinin deyib ki, bu il respublikamızın 12 regionunda keçirilən startap turunun finalçıları avqustun 29-31-də Şamaxıda təşkil olunacaq “Innocamp” innovasiya yay düşərgəsində iştirak edəcək. “Innocamp” çərçivəsində inkubasiya mərkəzləri və texnoparkların rəhbərlərinin, akseleratorların və İKT şirkətlərinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar təşkil olunacaq. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

İnnocamp innovasiya yay düşərgəsi başa çatıb

01-09-2019

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə