Previous Next
Bağla

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020 09:49
Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “EU4Digital” layihəsinin “E-bacarıqlar” istiqaməti üzrə növbəti seminar baş tutub.

Xeberler.az bildirir ki, videotədbirdə ölkəmizi “E-bacarıqlar” istiqamətinin əlaqələndirilməsini həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya- Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru Rauf Cabarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İştirakçılar arasında İqtisadiyyat, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eləcə də “Azercell” və “Microsoft Azərbaycan” şirkətlərinin nümayəndələri yer alıb.

Onlayn seminarın keçirilməsində əsas məqsəd Avropa Birliyinin təcrübəsinə əsasən “Şərq Tərəfdaşlığı” ölkələrində rəqəmli bacarıqlar üzrə maraqlı tərəflərin və təşkilatların birgə əməkdaşlığının inkişafı və bu əməkdaşlığın təşkili formalarının müzakirəsi olub. Seminar, eyni zamanda Latviya, İrlandiya və Litva təcrübəsi ilə tanışlıq xarakteri daşıyıb.

“EU4Digital” layihəsinin məqsədlərinə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılması planlaşdırılır. Qeyd olunan təşəbbüsə qoşulacaq dövlət qurumlarının və özəl şirkətlərin məsul nümayəndələri üçün avqust ayında növbəti seminarın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “EU4Digital” layihəsi Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “Rəqəmsal Bazarların Uyğunlaşdırılması” (HDM) təşəbbüsünə əsasən yaradılıb. Layihənin əsas məqsədi “Şərq Tərəfdaşlığı” ölkələrinin rəqəmsal iqtisadiyyatının inkişafı və Avropanın rəqəmsal iqtisadiyyatına inteqrasiyadır. Altı istiqamətdən ibarət olan layihənin bir istiqamətini “E-bacarıqlar” təşkil edir.

Layihə haqqında ətraflı məlumatı https://eufordigital.eu/ saytından əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019

Rəqəmsal bacarıqlar və məşğulluq üzrə təlim keçiriləcək

24-09-2020

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018

Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019

Ölkəmiz Rəqəmli Bazarların Harmonizasiyası üzrə beynəlxalq tədbirdə təmsil olunub

13-02-2019

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015

Şərq Tərəfdaşlığı ölkələri arasında iclas keçirilib

18-11-2019

“Azexport.az” portalı “EU4Digital” layihəsində Azərbaycanı təmsil edəcək

04-03-2021

RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

10-06-2015

Brüsseldə Azərbaycanın e-hökumət layihəsi təqdim edilib

08-05-2015

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

05-01-2021

Elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başladı

08-10-2010

Avropa İttifaqının "EU4Digital" layihəsi “Azexport.az”la əməkdaşlığa dair məqalə dərc edib

11-06-2021

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018

EU4Digital-ın internet səhifəsi Azərbaycan dilində istifadəyə verilib

07-11-2019

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024

“Azərbaycanda e- imzalar imzalanma tarixini daha dəqiq göstərir”

14-11-2016

Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

07-03-2019

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

17-09-2019

Ölkələrin telekommunikasiya üzrə iclası keçirilib

21-04-2018

4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib

06-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə