Previous Next
Bağla

SİNAM ölkədə e-gömrük üzrə həllərin tətbiqinə başlayır

10-11-2015 10:16
SİNAM  ölkədə  e-gömrük üzrə həllərin tətbiqinə başlayır

Azərbaycan şirkətinin e-gömrük üzrə həlləri altı ölkədə tətbiq oluna bilər.

Avropa İttifaqının Rəqəmli Bazarların Harmonizasiyası (HDM) üzrə Strateji Təşəbbüs proqramı Azərbaycanın SİNAM şirkətinin hazırladığı gömrük orqanlarının optimallaşdırılması üçün nəzərdə tutulmuş “Risklərin idarəetmə informasiya sistemi”ni yaxından öyrənir.

Xeberler.az-ın məlumatına görə, bu haqda Avropa İttifaqının HDM üzrə Strateji Təşəbbüsünün Azərbaycan üzrə əlaqələndiricisi Tofiq Babayev bəyan edib.

Qeyd edək ki, sistemin əsas məqsədi gömrük işində risklərin idarə edilməsi üçün qərarların qəbul edilməsini təmin etməkdən ibarətdir. Sistem risklərin aşkarlanmısını, qaçaqmalçılıq hallarının qarşısının alınmasını, yüklərin fiziki yoxlanılmasının minimallaşdırılmasını, rəsmiləşdirmə xərclərinin azaldılmasını, kadr və texnika potensialının istifadəsini effektiv təşkilini nəzərdə tutur.

Tofiq Babayevin sözlərinə görə, təklif edilmiş həll mütəxəssislər tərəfindən qəbul edildiyi təqdirdə sözügedən sistem gələcəkdə Strateji Təşəbbüs proqramına üzv olan ölkələrdə (Gürcüstan, Moldova, Ermənistan, Belorusiya, Azərbaycan və Ukrayna) tətbiq oluna bilər.

Tofiq Babayev qeyd edib ki, SİNAM şirkəti tərəfindən təklif edilən model gömrük sistemində yüksək texnologiyaların müasir tətbiq trendlərini nəzərdə tutur. Onun sözlərinə görə, müsbət qərar qəbul edilirsə bu model ayrı-ayrılıqda hər bir qeyd edilmiş ölkədə tətbiq oluna bilər.

O vurğulayıb ki, HDM Strateji Təşşəbüsün məqsədi yuxarıda adı çəkilən ölkələrin özəl sektorunun Avropa İttifaqı ilə biznes inteqrasiyasının dəstəklənməsidir. Yüksək texnologiyalar vasitəsilə vahid risk-menecment modelinin tətbiqi məhsullarını Avropa İttifaqı ölkələrinə ixrac edən şirkətlərin fəaliyyətini dəfələrlə sadələşdrməyə imkan verəcək.

Tofiq Babayev onu da əlavə edib ki, risk-menecment modelinin hazırlanması və onun gömrükdə tətbiqi prosesi 2016-2017-ci illərdə reallaşdırıla bilər. Qəbul edilmiş modelin Azərbaycanın yerli gömrük sistemində də tətbiq edilməsi üçün tövsiyyə olunacaq.

Qeyd edək ki, Rəqəmli Bazarların Harmonizasiyası üzrə Strateji Təşəbbüs proqramı Avropa İttifaqı tərəfindən Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın dövlət dəstəyilə həyata keçirilir. Azərbaycanın  bu proqramdakı iştirakı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir. Proqramın məqsədi özəl sektorun Avropa İttifaqına daha da sıx inteqrasiyası üçün sistemli dəstək göstərməkdir. Proqram müxtəlif istiqamətləri əhatə edir, o cümlədən elektron ticarət, infrastrukturun inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, elektron servislərin inkişafı, o cümlədən hökumət servislərinin. Layihələrin bu proqram çərçivəsində təcrübi reallaşdırılmasına 2016-ci ildən başlanılacaq. Hazırda gələcəkdə həyata keçirmək üçün müxtəlif layihələrin nəzərdən keçirilməsi prosesi gedir.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

İnnovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilib

30-05-2019
Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tarifləri endiriləcək

17-09-2019
EU4Digital Bakıda fəaliyyətə başlayır

EU4Digital Bakıda fəaliyyətə başlayır

31-05-2019
Avropa İttifaqı Azərbaycan üçün yeni viza qaydaları tətbiq edir

Avropa İttifaqı Azərbaycan üçün yeni viza qaydaları tətbiq edir

29-04-2015
Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub

Ukrayna və Moldova rəsmən Aİ-nin rouminq zonasına daxil olub

02-01-2026
Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlığın yaradılmasına dair onlayn seminar keçirilib

23-07-2020
Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018
EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

EU4Digital layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub

26-12-2019
Vahid rəqəmli bazar Avropaya 415 milyard avro qazandıra bilər

Vahid rəqəmli bazar Avropaya 415 milyard avro qazandıra bilər

17-06-2015
Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018
RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

RYTN beynəlxalq tədbirdə təmsil olunacaq

10-06-2015
Sinam Qırğızıstanın keçirdiyi tenderdə iştirak edir

Sinam Qırğızıstanın keçirdiyi tenderdə iştirak edir

28-08-2015
Aİ  bəzi ölkələri ilə rouminq tarifini ləğv etməyi planlaşdırır

Aİ bəzi ölkələri ilə rouminq tarifini ləğv etməyi planlaşdırır

08-06-2017
Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

Azərbaycan Rəqəmli iqtisadiyyat üzrə birinci Nazirlər görüşündə təmsil olunub

16-06-2015
İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016
Telekommunikasiya sahəsində tətbiq edilən tariflər barədə beynəlxalq seminar keçirilib

Telekommunikasiya sahəsində tətbiq edilən tariflər barədə beynəlxalq seminar keçirilib

29-11-2018
“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd  imzalanıb

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb

18-07-2022
RYTN ilə Avropa İttifaqı arasında “Bakutel 2015”-də iştirakla bağlı müzakirələr aparılıb

RYTN ilə Avropa İttifaqı arasında “Bakutel 2015”-də iştirakla bağlı müzakirələr aparılıb

22-06-2015
Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

Ölkəmiz “Rəqəmli İqtisadiyyat” nazirlər görüşündə təmsil olunub

10-10-2017
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018
Multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyəti açıqlanıb

Multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyəti açıqlanıb

29-04-2026
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
Azərbaycanın İT şirkəti Almaniya şirkəti ilə tərəfdaşlıq haqda razılaşma imzalayıb

Azərbaycanın İT şirkəti Almaniya şirkəti ilə tərəfdaşlıq haqda razılaşma imzalayıb

25-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə