“İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq imkanlarını müzakirə edib

16-01-2023 / 14:56
"İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
Xeberler.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olub.
 
“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, "Bilim Bakı" Mərkəzinin rəhbəri Yusuf Polat və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva qurumların fəaliyyətindən, gələcək planlardan, innovasiya və startap ekosisteminə verilən töhfələrdən, məktəb və universitetlərdə startapların formalaşması və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıblar.
 
Görüş zamanı, həmçinin qurumlar arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, ölkəmizdə təhsil müəssisələrində innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi, innovativ həllərin hazırlanması və sahibkarlığın inkişafına dəstək olacaq layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
 
Sonda qonaqlar “Bilim Bakı” və “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzlərində fəaliyyət göstərən təlim otaqları və laboratoriyaları, həmçinin Mərkəzin innovativ laboratoriyası olan "iLab"da görülən işlərlə tanış olublar.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə