Previous Next
Bağla

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025 11:38
İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmovla görüşüb.

Xeberler.az bildirir ki, Ölkə Prezidentinin çağırışları və müasir dövrün reallıqlarına uyğun olaraq 2023-cü ilin yanvar ayında AMEA-da Elektron Akademiya şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyada rəqəmsal texnologiya və süni intellektin tətbiqi, həmçinin elmi qurumun elektron sənəd dövriyyəsi və elektron-elm sahəsində fəaliyyəti, bu sahə üzrə aparılan elmi tədqiqatlar, görülən işlər barədə danışıb. AMEA-nın elmi bölmə və mərkəzlərində, elmi-tədqiqat institutlarında, müəssisə və təşkilatlarında da Elektron xidmətlər şöbələrinin yaradıldığını vurğulayan akademik İsa Həbibbəyli bu məqsədlə fəaliyyətin daha da genişləndiriləcəyini vurğulayıb. AMEA rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalr Mərkəzi” ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Xüsusilə “İnnovasiyalr Mərkəzi” MMC-nin tabeliyində fəaliyyət göstərən “ASAN Süni intellekt Mərkəzi” ilə əməkdaşlığın yaradılmasının perspektivlərini xüsusi dəyərləndirib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov çıxış edərək rəhbərlik etdiyi qurumun tabeliyində yaradılmış “ASAN Süni intellekt Mərkəzi”nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mərkəzlə AMEA-nın əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını vurğulayan Vüsal Rüstəmov AMEA-nın elmi qurumları ilə birgə fəaliyyətin səmərəliliyinə əminliyini ifadə edib. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə bir sıra elm sahələri üzrə birgə əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətindən bəhs edib.

AMEA Rəyasət Heyəti aoparatının Elektron Akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, Elektron Akademiya şöbəsinin baş mütəxəssisi texnika üzrə fəlsəfə doktoru Tuncay Həbibbəyli isə süni intellekt, rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

Sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov və direktorun müaşviri Ləman Əhmədova Elektron Akademiya şöbəsinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara şöbənin fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

ASAN AI Hub platforması çərçivəsində əməkdaşlıq qurulacaq

16-04-2026

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025

Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

18-02-2026

“İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır

04-07-2025

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

27-01-2026

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025

Elektron Hökumətin İnkişafı Mərkəzinə rəhbər təyin edildi

01-05-2018

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə