Previous Next
Bağla

İnnovativ startapları necə inkişaf etdirməli mövzusunda təlim keçirilib

24-10-2018 17:16
İnnovativ startapları necə inkişaf etdirməli mövzusunda təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterpriseazerbaijan.com” portalının təşkilatçılığı ilə “İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim keçirilib.

Xeberler.az  bildirir ki, təlimi Türkiyənin Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş icraçı direktoru, Harvard məzunu Ussal Şahbaz aparıb. Müzakirələrdə biznes ideyalarının müəllifləri, startapçılar və gənc sahibkarlar iştirak edib. Təlim zamanı uğura gedən yolda startapların diqqət yetirməli olduğu fundamental məqamların bu istiqamətdə ən uğurlu nümunələri müqayisəli şəkildə təhlil edilərək təyin edilməsi və tətbiqi yolları praktiki misallar və infoqrafikalarla izah edilib. Biznesə yeni başlayan gəncləri daha çox maraqlandıran startapçının ilk addımları hansılar olmalıdır? Startapın dostları kimlərdir? Kimlərlə və hansı formada əməkdaşlığın qurulması faydalıdır? kimi suallara cavab verilib. Bundan başqa, yeni texnologiyaların inkişafının, süni intellektin tətbiq dairəsinin genişlənməsinin biznes sahəsində yaratdığı nəticələrdən, uğurlu biznes qurulmasında bu inkişafdan müsbət istiqamətdə yararlanmağın yollarından danışılıb.

“Enterpriseazerbaijan.com” portalının meneceri Aytən Məmmədova bildirib ki, Portal yarandığı gündən etibarən xarici təcrübənin öyrənilməsi ilə bağlı ciddi addımlar atır və bu təcrübənin də startupçılara ötürülməsi üçün bu tip təlim və seminarları təşkil edir:

“Ussal Şahbazın düşüncə lideri kimi böyük təcrübəyə malik olduğunu nəzərə alaraq, bu təlimin startapçıların yeni fikir, ideya və məlumat əldə etməsi baxımından yaxşı fürsət olduğunu düşünürük”

Qeyd edək ki, Ussal Şahbazın karyerası korporativ, qeyri-kommersiya və siyasət dünyasında liderlik mövqeyini əhatə edir. Onun fəaliyyəti barədə Foreign Affairs, Forbes ABŞ, Techcrunch və Wamda kimi beynəlxalq media quruluşları məqalələr yazıblar. Ussal Şahbaz ABŞ Prezidentinin Sahibkarlıq Zirvəsi, Biznes 20 Çin, Qlobal Sahibkarlıq Sammiti Moskva, Ərəbnet Dubay, 5-ci İzmir Milli İqtisadiyyat Konqresi və digər tədbirlərdə məruzəçi olub. Son iki il ərzində Ussal GE-nin İstanbul İnnovasiya Mərkəzinin direktoru olmuşdur. Bundan əvvəl Ussal Google, Microsoft və Paypal şirkətlərinin məsləhətçisi kimi fəaliyyət göstərib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Enterpriseazerbaijan.com portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

22-10-2018

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

11-12-2018

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019

Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

26-07-2022

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

Made in Azerbaijan-3 qalibləri Türkiyənin aparıcı universitetlərində olub

07-06-2018

Rəqəmsal erada gənclər üçün imkanlar mövzusunda konfrans keçirilib

21-09-2018

PR və kommunikasiyası strategiyasının hazırlanması mövzusunda təlim keçiriləcək

30-10-2018

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

Startapların yaranması və biznesə çevrilməsi müzakirə olunub

13-11-2015

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

Rəqəmsal marketinqlə bağlı təlim keçirilib

23-02-2018

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplara təlim keçirildi -Fotolar

07-11-2015

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

14-02-2019

Startap ekosistemi mövzusunda ekonoton keçirilib

25-09-2019

EnterpriseAzerbaijan.com və Microsoft birgə təlim keçirib

13-02-2020

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə