Previous Next
Bağla

Startap ekosistemi mövzusunda ekonoton keçirilib

25-09-2019 12:19
Startap ekosistemi mövzusunda ekonoton keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər” mövzusunda ekonoton keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə Azərbaycan Beynəlxalq Bankının, ölkəmizdə fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri, eləcə də aparıcı startapların təmsilçiləri iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, belə bir ekonotonun təşkilində əsas məqsəd bu sahədə mövcud vəziyyətin təhlili və dəyərləndirilməsi, ölkəmizdə startap ekosisteminin inkişafı üçün yeni təkliflərin formalaşdırılmasıdır: “Startap ekosisteminə dəstək məqsədilə EnterpriseAzerbaijan.com portalı, biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasət həyata keçirilir. İnformasiya və rabitə xidmətləri bu ilin ilk 8 ayında 17,6 faiz artaraq 1,4 milyard manata çatıb. Çünki Azərbaycanın innovativ şirkətləri öz məhsullarını və ximətlərini ixraca yönəldir. Bununla yanaşı, startapların dünya çapına çıxması üçün mentorluq, prototip məhsulların hazırlanması, kraudfandinq, kraudinvestinq, mələk investor, toxum investor, vençur kapitala çıxışın təmin edilməsi sahəsində fəaliyyətlərin əlaqələndirilməsi zərurəti var. EnterpriseAzerbaijan.com portalı özünün kickstarter platforması ilə bu sahədə fəaliyyət göstərir. Təkcə 2016-2018-ci illərdə dünyada  startaplar 2,8 trilyon dollar dəyər  yaradıb.4 cü  Sənaye inqilabının çağırışlarına cavab verən Azərbaycan böyük potensiala malikdir.”

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu gün ölkəmizdə aparılan iqtisadi islahatların monitorinqi, ixracın dəstəklənməsi sahəsində reallaşdırdığı layihələrin, eləcə də startap ekosisteminin formalaşdırılması istiqamətində atılan addımların bank üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Düşünürük ki, Azərbaycan Beynəlxalq Bankının Mərkəzlə əməkdaşlıq əlaqələrinin inkişafı xüsusən ixracla məşğul olan müştərilərimiz arasında bu sahədə təlim və maarifləndirmə işlərinin aparılması baxımından faydalı olacaq. Bu əməkdaşlıq bizə Azexport portalının imkanlarından istifadə edənlər üçün bir sıra innovativ bank məhsul və xidmətlərinin yaradılmasına imkan verəcək. Mərkəzlə birgə marketinq tədqiqatlarının aparılmasına, faydalı məlumat mübadiləsinə şərait yaradacaq. Eyni zamanda, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə birgə layihələrin icrasına da kömək göstərəcək”.

Daha sonra Azexport portalının rəhbəri Zaur Qardaşov “Kickstarter: Azərbaycan startaplarının dünya maliyyə bazarlarına çıxışı üçün yeni imkanları” mövzusunda təqdimat edib. O bildirib ki, Azexportun Alibaba və digər beynəlxalq portallarla qurduğu iş modelinin uğurunu nəzərə alaraq, həmin modeldən digər istiqamətlərdə, o cümlədən startap layihələrinin beynəlxalq bazarlara çıxarılması üçün istifadə etmək qərarına gəliblər: “Ancaq beynəlxalq səviyyədə qəbul edilən və tanınan layihələr inkişaf edə və uğur qazana bilər. Kickstarter hesabımızı təmənnasız bölüşməyə hazırıq. Bununla bağlı müsabiqə elan ediləcək, müsabiqənin qaliblərinə layihəsini Kickstarter-ə uyğun hazırlamaq üçün qrantlar təqdim ediləcək və nəhayət, Kickstarter-də hədəf məbləğin 50%-i toplayan startapçıya investisiyanın digər 50%-i miqdarında dəstək təşkil ediləcək. Bununla da startapçıların məqsədə gedən yolu sadələşəcək.”

Təqdimatın ardınca İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum bank müştəriləri arasında təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi, elektron ticarətin inkişafı məqsədilə müvafiq bank məhsullarının yaradılması, birgə marketinq tədqiqatlarının aparılması, sahibkarlar arasında nağdsız ödənişlərin təşviqi məqsədilə müştərək layihələrin icrası və s. məsələlər üzrə birgə fəaliyyəti nəzərdə tutur.

İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

26-07-2022

Yaradıcı məhsulların Azexport portalı ilə ixrac imkanları mövzusunda təqdimat keçirilib

10-10-2019

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

Azərbaycan Beynəlxalq Bankı İnnovasiya Mərkəzi yaradır

03-06-2020

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

EnterpriseAzerbaijan.com portalı və Techstars şirkəti əməkdaşlığa başlayır

21-06-2021

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

11-12-2018

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir

14-07-2021

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Enterpriseazerbaijan.com portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

22-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə