Previous Next
Bağla

İxrac əməliyyatlarında maliyyə dəstəyi mövzusunda təlim keçirilib

21-11-2018 11:24
İxrac əməliyyatlarında maliyyə dəstəyi mövzusunda təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Kapital Bankla birgə “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlim keçirib.

Xeberler.az  bildirir ki, maarifləndirmə xarakteri daşıyan təlim zamanı iştirakçılara nəzəri məlumatlar verilib və maliyyə dəstəyindən praktiki istifadə qaydalarından bəhs edilib. Tədbir çərçivəsində xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyətinə yönəlik kreditlər və digər mövzularla bağlı sahibkarlara ətraflı məlumat verilib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, Azərbaycanda xarici ticarət əməliyyatlarında önəmə malik olan ixrac kreditləri, akkreditiv və faktorinq kimi maliyyə alətlərin ixracatçılar tərəfindən istifadəsinə geniş imkanlar var: “Ölkəmizdə ixracatçılar üçün hərtərəfli şərait və potensialın olmasını nəzərə alaraq, müasir ticarət-maliyyə alətlərindən istifadəni artırmaq və sahibkarların daha artıq məlumatlılığını təmin etmək üçün sözügedən xidmətlər üzrə təlimlərin aparılmasına ehtiyac var. “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlimin Moody’s Investor Service beynəlxalq reytinq agentliyinin son qiymətləndirilməsində ən yüksək qiymətə sahib olan Kapital Bankla birgə keçirilməsi isə effektivliyi daha da artıracaq.”

Kapital Bankın Baş Direktoru Fərid Hidayətzadə isə əlavə edib ki, son illər ölkə başçısının rəhbərliyi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atılıb:

“Dövlət dəstəyi ilə görülən tədbirlər çərçivəsində ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət ayrılır. Bütün bu faktorlar ölkəmizin ixrac potensialının artmasına öz töhfəsini verir, daxili istehsalın dünya bazarında rəqabət qabiliyyətinin güclənməsinə səbəb olur. Məhz buna görə də ölkəmizdə ixracatçı sahibkarların sayı günü-gündən artır. Kapital Bank da bu inkişafa töhfə vermək məqsədi ilə beynəlxalq iqtisadi şəraiti çevik dəyərləndirərək, ixracatçılar üçün təhlükəsiz, səmərəli şərait yaratmaq üçün yeni məhsullar hazırlayır.”

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mütəmadi ixracatçı sahibkarlar üçün belə təlimlər təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunub

25-12-2018

PR və kommunikasiyası strategiyasının hazırlanmasından danışılıb

08-11-2018

İxracatçı sahibkarlara 2019 İxraca dəstək layihəsi təqdim olunacaq

14-12-2018

Export Time verlişi fəaliyyətə başlayacaq

09-10-2018

Rəqəmsal marketinqlə bağlı təlim keçirilib

23-02-2018

Rəqəmsal texnologiyaların PR-ı necə olmalıdır?

29-11-2017

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023

Rəqəmsal PR üzrə seminar keçirilib

19-12-2017

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

PR və kommunikasiyası strategiyasının hazırlanması mövzusunda təlim keçiriləcək

30-10-2018

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Azexport.az 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb

16-01-2023

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib

11-12-2018

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017

Rəqəmsal marketinqlə bağlı təlim keçiriləcək

15-02-2018

Azexport portalı Elektron ticarət və İxrac prosedurları üzrə təlimlər keçirəcək

17-11-2018

“Made in Azerbaijan” brendinin loqosu

14-01-2018

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə