Previous Next
Bağla

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019 11:47
EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Newcastle Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə icra olunan “Creative Spark” layihəsinin iştirakçıları Böyük Britaniyada startap həftəsində iştirak edirlər. Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlərinin də iştirak etdiyi səfər müddətində EnterpriseAzerbaijan portalının təqdimatı keçiriləcək.

Xeberler.az bildirir ki, “Creative Spark” layihəsinin meneceri Oruc Dursunzadə bildirir ki, səfər müddətində Azərbaycandan olan və 6 nəfərdən ibarət nümayəndə heyəti ilə Böyük Britaniyanın “Newcastle” Universitetinin professoru Metyu Qorton işləyəcək. Belə ki, Azərbaycandan olan nümayəndələr Newcastle universitetinin əməkdaşları, tələbə və məzunları ilə birbaşa təcrübə mübabiləsi keçirəcəklər.

Nümayəndə heyətimiz həmçinin sahibkarlar üçün biznes planların yazılmasına dair startap qrupların işçi toplantılarında iştirak edəcəklər. Newcastle Universitetinin rəsmi internet səhifəsində “Azərbaycandan olan biznes təlimçiləri Newcastle Universitetinin Biznes məktəbində” (Newcastle University Business School welcomes enterprise educators from Azerbaijan) sərlövhəli məlumat yerləşdirilib.

Newcastle Universitetinin biznes məktəbinin professoru Şeron Mavin deyib ki, əhəmiyyətli startap həftəsində Azərbaycandan olan nümayəndələrin də iştirakı tədbirin daha maraqlı olmasına səbəb olub. EnterpriseAzerbaijan.com portalının nümayəndəsi Oruc Dursunzadə bildirib ki, Azərbaycan startapları “Creative Spark” layihəsi çərçivəsində Böyük Britaniya təcrübəsini öyrənmək, dünya miqyasında maliyyə cəlb etmək və tanınmaq imkanlarına malik olacaqlar.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İngiltərənin Newcastle Universiteti ilə birlikdə Britaniya Şurasının dəstəyi ilə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsini icra edir. Layihənin əsas məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsidir. Layihə çərçivəsində mütəmadi olaraq həm sahibkarlara, həm də layihə iştirakçılarına təlimlər keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sahibkarlığın tədrisi və innovativ təlim üsulları mövzusunda seminar keçirilib

14-02-2019

EnterpriseAzerbaijan portalı və Britaniya Şurası “Təlimçiyə Təlim” keçirib

18-02-2020

İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

04-09-2019

“Big İDEA” adlı ideya və fikir yarışmasına artıq start verilib

18-03-2020

“Big IDEA” adlı fikir yarışına start verilib

22-02-2021

İİTKM və Britaniya Şurası əməkdaşlığa başlayıb

05-03-2022

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023

Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

26-07-2022

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

11-12-2018

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

25-06-2025

BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

29-05-2025

Dövlət Məşğulluq Agentliyi startaplara dəstək göstərib

09-02-2024

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Vüsal Qasımlı “Mathias Corvinus Collegium” Universitetinin nümayəndələrini qəbul edib

24-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə