Intel mini kompüterlərini təqdim etdi

01-06-2015 / 20:27

Dünyanın ən böyük prosessor istehsalçısı olan Intel, SSD kimi bir çox məhsulun yanında kiçik ölçülərdə kompüterlərin də istehsalına başlayır. Müəyyən fasilələrlə yenilənən və Intel NUC mini PC olaraq adlandırılan bu kompüterlərin 2015-ci il versiyaları təqdim olunub.

 Xeberler.az-ın məlumatına görə, münasib qiymətə və kompakt ölçülərə malik olan Intel NUC  fikizi parametrlərinə görə artıq daha da az enerji istifadə edəcək.

İntelin 14 NM-dəki ilk prosessor ailəsindən olan BRASWELL arxitekturasına aid olan 6 Vatt güc istehlakına sahib bir prosessor cihaza enerji verəcək.

Cihazın iki fərqli versiyası iki fərqli prosessorla eyni anda satışa çıxacaq. NUC5CPYH kod adlı model 1.5GHz Celeron N3050 prosessoruna, digər model olan NUC5PPYH 1.6 GHz Pentium N3700 prosessoruna malik olacaq. Hər iki model də 64 bit nüvəli prosessora  və 8 GB RAM dəstəyinə sahib olacağı gözlənilir.  Təxminən 400 MHz qrafik tezliyə malik olacaq modellər, həm də 700 MHz tezliyə qədər arta biləcək.

140180 dollar qiymətində satışa çıxarılacağı gözlənilən yeni Intel kompüterlərində, yeni nəsil prosessorlardan ötəri ventilyator sistemi isə olmayacaq.

Intel-in yeni mini kompüterləri iyunun 8-də  satışa çıxaracağı gözlənilir. 

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.