ZTE-dən 8GB RAM-lı telefon

03-05-2015 / 00:10

ZTE Nubia Z9 Max və Z9 Mini modellərini bir neçə vaxt bundan qabaq tanıtmışdı. Ancaq bu model haqda məlumatlar indi üzə çıxıb və şirkət bu telefon üçün o qədər çalışır ki, telefona yerləşdirmək istədikləri RAM 8 GB-dır. (güclü kompüterdən belə daha güclü).

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, prosessor olaraq hal-hazırda bazarda ən güclü texnologiyanı istəyən ZTE, 3.5 GHz saat gücü ilə işləyən və 8 nüvəli bir prosessor işlədəcək.

Nubia Z9 çərçivəsiz ekranla gələcək və 5,15 düym böyüklüyündə və FULL HD ekrana sahib olacaq. ƏS olaraq isə ANDROİD 5.0 Lollipop olacaq.

Təbii ki, bu prosessor və RAM-dan sonra insanda digər xüsusiyyətləri də maraq yaradır. Amma standart bir kamera effektinə sahib olan 16 meqapiksel arxa və 8 meqapiksel ön kamerasının olması gözlənilən Nubia Z9’da, 3000mAh gücündə batareya olacaq.

Nubia Z9 -un 9 May günü göstərişə çıxarılacağı gözlənilir.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə