Əvvəllər alıcılar telefon alacaqları zaman müəyyən xüsusiyyətlərinə baxıb qərar verirdilər. Buna misal olaraq, vibrasiya, müxtəlif melodiyalar, oyun və buna oxşar xüsusiyyətlər telefon seçmək üçün kafi idi.
Lakin texnologiyanın inkişafı, insanlarda telefon alışını xeyli kompleksli hala saldı. Artıq bir ağıllı telefon alarkən prosessoruna, yaddaşına, kamerasından ekran ölçüsünə qədər bir çox meyarlara uyğun seçim edirik. Təbii olaraq insanın seçimində bu qədər meyarlar olduqda qərarsız qalır.
Xeberler.az olaraq son model ağıllı telefonların hansı prosessorlarla təchiz olunduğunu araşdırdıq.
Bu yazımızla, alacağınız üst səviyyəli bir telefonun neçə nüvəli prosessorla təchiz olunduğunu və hansı qrafik prosessorla işlədiyini biləcəksiniz. Beləliklə ağıllı telefon alarkən rahat bir seçim etmənizə kömək edəcəyik.
LG G4
CPU (Prosessor): 6 nüvəli Qualcomm Snapdragon 808
GPU (Qrafik Prosessor): Adreno 418
RAM (Əməli yaddaş): 3 GB
LG G4-də təchiz olunan Snapdragon 808, bir çox üst səviyyəli telefonda istifadə edilən Snapdragon 810-dan ən böyük fərqi, H265 kodlama dəstəyinin olmamasıdır. H265 kodlama sistemi yüksək qrafikalı videoların göstərməsini təmin edir.
Samsung Galaxy S6
CPU (Prosessor): 8 nüvəli Exynos 7420
GPU (Qrafik Prosessor): Mali-T760MP8
RAM (Əməli yaddaş): 3 GB
Samsung Galaxy Note 5
CPU (Prosessor): 8 nüvəli Exynos 7420
GPU (Qrafik Prosessor): Mali-T760MP8
RAM (Əməli yaddaş): 4 GB
Samsung, Galaxy S6-dan sonra satışa təqdim etdiyi Galaxy Note 5-də də 8 nüvəli Exynos 7420-dən istifadə etmişdi. Samsung şirkətinin istehsalı olan Exynos 7420 prosessoru hazırda ən güclü prosessorlardan hesab edilir.
HTC ONE M9
CPU (Prosessor): 8 nüvəli Snapdragon 810
GPU (Qrafik Prosessor): Adreno 430
RAM (Əməli yaddaş): 3 GB
Qualcomm şirkətinin ən problemli prosessoru olan Snapdragon 810, xüsusilə qızma və performans problemləri ilə HTC One M9-un satışlarının azalmasında böyük rol oynamışdı.
HTC ONE M9 Plus
CPU (Prosessor): 8 nüvəli Mediatek MT6795T Helio X10
GPU (Qrafik Prosessor): PowerVR G6200
RAM (Əməli yaddaş): 3 GB
HTC-nin Snapdragon 810-la təchiz olunan One M9 modelindən sonra satışa təqdim etdiyi One M9 Plus, Mediatek MT6795T Helio x10 prosessoru ilə təchiz olundu. Bu prosessorun 8 nüvəli olmasına baxmayaraq, performans olaraq törəmələrindən bir xeyli geridə qaldığını deyə bilərik.
Sony Xperia Z5
CPU (Prosessor): 8 nüvəli Snapdragon 810
GPU (Qrafik Prosessor): Adreno 430
RAM (Əməli yaddaş): 3 GB
iPhone 6s
CPU (Prosessor): Cüt nüvəli Apple A9
GPU (Qrafik Prosessor): PowerVR GT7600
RAM (Əməli yaddaş): 2 GB
Apple-ın Samsung və TSMC şirkətləri tərəfindən istehsal edilən A9 prosessorları digər prosessorlardan performans baxımından fərqlənir. Apple A9 prosessoru cüt nüvəli olsada, hazırda ən güclü prosessordur. Sınaqdan keçirilən zaman Apple A9 prosessorunun A8 prosessorundan 80 faiz daha güclü olduğu sübut edilib.
LG V10
CPU (Prosessor): 6 nüvəli Snapdragon 808
GPU (Qrafik Prosessor): Adreno 418
RAM (Əməli yaddaş): 4 GB
Snapdragon 810 prosessorundan fərqli olaraq daha stabil performansa malik olan Snapdragon 808 prosessoru Qualcomm şirkətinin ən yaxşı məhsullarından hesab olunur.
Huawei Nexus 6P
CPU (Prosessor): 8 nüvəli Snapdragon 810
GPU (Qrafik Prosessor): Adreno 430
RAM (Əməli yaddaş): 3 GB
Huawei Mate S
CPU (Prosessor): 8 nüvəli HiSilicon Kirin 935
GPU (Qrafik Prosessor): Mali-T628 MP4
RAM (Əməli yaddaş): 3 GB
Samsung şirkəti kimi Huawei şirkəti də bu modelində öz istehsalı olan prosessordan istifadə edib.
Huawei-in bu il satışa təqdim etdiyi yeni modelində təchiz olunan Kirin 935 prosessoru, performans cəhətdən Snapdragon 808 prosessoru ilə eyni səviyyədədir.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri