Böyük internet şirkətləri arasında bağlanılacaq bu müqavilə haqqında məlumat artıq sentyabr ayında yayımlanmışdı. İndi isə bu məlumat rəsmən təsdiqlənib. “Microsoft”, “Yahoo!” və “AOL”-un bağladığı müqavilənin şərtlərinə əsasən, onlar bir-birilərinin şəbəkələrində reklam yerləşdirəcəklər, lakin şirkətlər əsas məsələlərdə öz sərbəstliyini qoruyub saxlayacaqlar – müştərilərlə işdə, qiymət siyasətində və qərarların qəbul edilməsində və s. Beləliklə, müvafiq dövlət orqanlarının ittihamlarından qaçmaq məqsədi ilə şirkətlər öz aralarında rəqabət aparmaqda davam edəcəklər.
ann.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Microsoft”, “Yahoo!” və “AOL” 2012-ci ildən etibarən artıq birgə işə başlamaq istəyirlər. İlk öncə bu layihə ABŞ bazarında, sonra birgə reklam şəbəkəsi bütün şimali-amerika kontinentində, daha sonra isə dünyanın digər ölkələrində yayımlanacaq. “Microsoft” reklam şöbələrinin birinin nümayəndəsi bu “ittifaq”-ın qapalı olmadığını və digər şirkətlərin də buraya daxil olmasının mümkün olduğunu bildirib.
Bir çox analitiklər “Microsoft”, “Yahoo!” və “AOL” işbirliyini ““Google” və “Facebook”-un əleyhinə olan dostluq” kimi xarakterizə edirlər. Proqnozlara görə, 2011-ci ilin yekununda onlayn-reklam bazarında “Google” şirkətinin payı ABŞ-da 17.7%, “Facebook”-un isə 9.3%-dək artdığı halda, “Microsoft”, “Yahoo!” və “AOL”-un payının enəcəyi ehtimal olunur.