Yahoo! ABŞ-da yeni məlumat mərkəzi yaradacaq
Yahoo! internet şirkəti ABŞ-ın Nebraska ştatında yerləşdiriləcək yeni məlumat mərkəzinin təşkil olunmasına 100 milyon ABŞ dolları məbləğinin ayrılması barədə elan edib. 4 il ərzində tikiləcək məlumat mərkəzində 100-dən çox yeni əməkdaşın işləyəcəyi nəzərdə tutulub. Şirkətin təqdim etdiyi məlumatlara əsasən yeni mərkəzdə çalışacaq işçinin orta əmək haqqı 68 000 dollar təşkil edəcək.
Ekspertlərin fikrincə, məlumat mərkəzi üçün baza kimi məhz bu ştatın seçilməsinin əsas səbəbi burada güclü internet-kanalların az inkişaf etməsi və həmin ştatda torpaq sahəsinə görə icarə haqqının nisbətən az olmasıdır.
Yahoo-nun dərc etdirdiyi son məlumatlara əsasən, Qərbin bir çox iri reklam verən şirkətlərinin öz reklam xərclərini azaltmalarından sonra, Yahoo-nun təmiz mənfəəti 64% enib. Həmçinin Yahoo işçi heyətinin 10% ixtisar olunmasını da bildirib.
Cari ilin üçüncü rübündə Yahoo-nun təmiz mənfəəti, 151,3 milyon dolar təşkil etmiş ötən ilin həmin dövrü ilə müqayisədə 54,3 milyon dolaradək enib.
Cybersecurity xəbər verir ki, conScore şirkəti tərəfindən dərc olunmuş son məlumatlara əsasən qlobal internet-axtarış bazarının 63% Google, 20% Yahoo və 8% Microsoft şirkətlərinin payına düşür.