AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.
Xeberler.az bildirir ki, layihənin məqsədi müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Hazırkı mərhələdə korporativ sosial məsuliyyəti layihələri çərçivəsində keçirilən tədbirdə Gəncə – Daşkəsən, Lənkəran – Astara, Quba – Xaçmaz və Mərkəzi Aran Regional Təhsil İdarələrinin tabeliyində olan məktəblərdən 100 müəllim üçün onlayn təlimlər təşkil olunub.
“Aztelekom”un mütəxəssisləri tərəfindən keçirilən təlimlər fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edir.
Sessiyalar iştirakçıların aktiv iştirakı ilə real vəziyyətlər üzərində aparılan müzakirələr və praktik yanaşmalar əsasında keçirilib.
Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.
Xatırladaq ki, layihə bu günədək Lənkəran, Qusar və Şəki rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları