WWDC 2015 Konfransı yaxınlaşarkən iOS 9 haqqında çıxışların sayı artmağa başladı. Apple-in yeni əməliyyat sistemi iOS 9-da 7 yeni funksiya gözlənilir.
Apple məhsulları və ya proqramları haqqında danışılan zaman yayılan söhbətləri dayandırmaq mümkün deyil. Bəlkə də haqqında ən çox fərziyyə edilən Apple-in indi də iOS 9 əməliyyat sisteminin xüsusiyyətləri danışılır.
İOS 9 qəti olaraq yeni bir musiqi proqramı ilə gələcək. 2013-cü ildən indiyə qədər yenilənməyən iTunes 11 yenilənəcək və bu proqramla interfeysi və funksionallığı dəyişəcək. Bu yenilənmənin Spotify və Pandora kimi rəqiblərin öhdəsindən gəlmək üçün bir çox səbəbi olduğu da deyilir.
Android kimi fərdiləşdirmə imkanı artırılacaq. Bu funksiya iOS 8 ilə həll olunmasa da, bir az makiyajlanmış bir vəziyyət idi. Ancaq iOS 9 bu funksiyanı tamamilə istifadəçinin istəyinə uyğun bir şəkildə hazırlayır. İstədiyimiz kimi bir interfeys hazırlaya və istifadə edə biləcəyik. Bu funksiya App Store-da artıq temalar görə biləcəyimiz mənasına gəlir.
Siri-nin xidmətləri artırılacak. iOS 9 yalnız iPhone telefonlarında deyil, bütün Apple platformalarında işləyəcək. iOS 9 ilə Siri hansı platformada necə işləyəcəyini tanıyan bir infrastruktura çatacaq.
Sərnişin daşıma proqramı olacaq. Bəli, iOS 9 metro, qatar, hava yolu və avtomobil yolu kimi çoxlu nəqliyyat şəbəkələrində istifadə olunacaq bir proqramla gələcək. Bu proqram bilet qiymətinə, səfər saatı dəyişikliklərinə qədər dərhal hər şeyi nəzarət edərək bizə bildirəcək. Bir yerdən digər bir yerə necə gediləcəyi haqqında ətraflı məlumat verə biləcək.
Safari əlavələri brauzeri açmadan da işləyə biləcək. iOS 9 proqramlardan çox əlavələrə də sahib olacaq. Əlavələr proqram olaraq deyil, parametrlər bölməsində olacaq.
Qəti olaraq iOS 8-də yaşanan heç bir çətinlik iOS 9-da olmayacaq. Əla bir performansı olacaq. Daha sürətli və az RAM istifadə edəcək bir alqoritmə sahib olacaq.
Dizayn daha müasir, daha istifadəçiyə uyğun və eyni zamanda sadəliyi ilə önə çıxacaq.
iOS 9-un 10 Noyabr 2015 tarixində çıxacağı danışılır. Bu siyahıya əlavə olunacaqları və ya Apple tərəfindən rəsmi olaraq açıqlanacaq dəyişiklikləri sizlərə dərhal təqdim edəcəyik.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri