Apple anlatiklərindən Ming-Chi Kuo dünən yayımladığı yeni bazar araşdırmasında Apple aid çox da yaxşı olmayan proqnozlar verib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Apple-ın bu ilki bazar dəyərləndirməsini araşdıran Kuo şirkəti üçün ilin sonunda yaxşı nəticələrin olmayacağını bəyan edib.
Kuo-ya görə Apple ilin sonunda satışlarda ciddi şəkildə azalma ilə qarşılaşa bilir.
O qeyd edib ki, bu azalma o qədər ciddir ki, şirkətin 2014-cü ildəki satış rəqəmlərini də geridə qoya bilər.
Hesabata görə, Apple ilin sonunda 190 milyon civarında iPhone satışı edəcək.
Bu rəqəm 2014-cü ildə 193 milyon idi. Kuo-nun gözləntisi isə 205 milyon cihaz satışıdır.
Təbbi ki, bu da Apple üçün yenə də yaxşı nəticə deyil.
Əslində analtiklər ilin sonunda Apple-ın 210-230 milyon civarında iPhone satacağını gözləyir.
Apple niyə belə bir azalma ilə qarşılaşa bilər?
Kuo-nun analizlərinə görə, Apple-ın bu vəziyyətlə qarşılaşmasına səbəb son zamanlarda təqdim edilən iPhone-larda istifadəçilərin diqqətini çəkən yeniliklərin olmamasıdır.
Kuo buna oxşar vəziyyətin iPhone SE-də yaşandığını, telefonun istifadəçiyə yeni heç nə vermədiyini vurğulayıb. O, iPhone 7-də eyni vəziyyətin olacağını deyib.
Kuo 2016-cı ilin sonunda mobil cihaz sektorunda 5 böyük firmanın bazarda payının azalacağını və bu firmalar arasında Apple-ın da olduğunu qeyd edib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri