Hansının kamerası- Galaxy S6 Edge yoxsa iPhone 6 ?

07-04-2015 / 20:00

Yeni telefon modelləri Galaxy S6 və Galaxy S6 Edge ilə qarşımıza çıxan Samsung hər iki cihazında da təkmilləşdirilmiş kamera təchizatına yer verib. Şirkət Apple-a bildirib ki, Galaxy S6 və Galaxy S6 Edge-nin kamerası iPhone 6-dan daha yaxşıdır.

Edilən son testlər gecə işıqlanma az olduqda kamerasının iPhone 6-dan daha yaxşı olduğunu müdafiə edən Samsung-un iddiasını təsdiqləyir.

Galaxy S6 Edge ilə iPhone 6-nın kamera müqayisəsi nəticələri bir-birinə hər nə qədər yaxın olsa da, bəzi məqamlarda Galaxy S6 Edge üstünlük əldə edir.

Müqayisəyə keçməzdən əvvəl Galaxy S6 Edge və iPhone 6-nın kamera funksiyalarına qısaca nəzər salaq.

Galaxy S6 Edge; 16 megapiksel dəqiqliyində kameraya sahibdir. Optik görünüş sabitləmə xüsusiyyəti və 1 / 2.6 düymlük Kamera sensor ölçüsü ilə üst səviyyə bir performans vəd edir. Həmçinin, Galaxy S6 Edge-nin kamerası 4K video qeydiyyat xüsusiyyətinə də malikdir.

İphone 6 isə 8 megapiksel kamerası ilə standartlarını qoruyur. Ancaq Apple bu ehtiyacı iSight kamerası ilə kompensasiya edir. iPhone 6 optik görünüş sabitləmə əvəzinə daha az performans göstərən rəqəmsal görünüş sabitləmə texnologiyasını özündə saxlayır.

Şəkillərdən hansı telefon modelinin keyfiyyətli foto çəkməsinə siz qərar verin.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə