ABŞ-ın qurğuların qeyri-adi dizaynının hazırlanmasında ixtisaslaşan Brikk istehsalçısı qızıldan düzəldilən iPhone X smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayıb.
Xeberler.az NRYT-in elektron xəbər xidmətinə istinadəm bildirir ki, yeni smartfonun ümumilikdə beş kolleksiyasının buraxılacağı bildirilir.
Onların birincisi - Lux iPhone X Mono arxa tərəfi naxışlı şüşə ilə istehsal ediləcək, smartfonun yan elementləri isə sarı, çəhrayı qızıldan və ya platindən olacaq. Bərbəzəkli yeni qurğunun qiyməti 7,4 min dollar təşkil edəcək.
Məlumata görə, daha dörd kolleksiya - Classic, Deluxe, Omni və Ingot qiymətli metal və daşlardan istifadə edilməklə düzəldiləcək. İstehsal xəttində ən bahalısı 250 qram qızıldan hazırlanan iPhone X olacaq. Onun qiyməti 69,9 min dollara çatacaq.
Qeyd edək ki, İT nəhəngi Apple şirkəti iPhone X smartfonunu sentyabrın 12-də təqdim edib. Modeldə blokdan çıxarılma üçün sifətin tanınması texnologiyası tətbiq olunub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri