Samsung Galaxy S8 smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni model həmçinin uyğunlaşdırılmış barmaq izi, gözün qüzehli qişasının tanınması texnologiyalarına malik olacaq.
Sifətin tanınması texnologiyasından proqramlara, o cümlədən Samsung Pay əlavəsinə daxil olmaq üçün istifadə mümkün olacaq. Bundan başqa, Cənubi Koreya şirkəti digər banklara məxsus proqramları da bu texnologiya ilə təchiz etmək üçün onlarla danışıqlar aparır.
Galaxy seriyasından olan əvvəlki smartfonlar bu texnologiyaya malik olsalar da, onlar yalnız qurğunun blokdan çıxarılması funksiyasını yerinə yetiriblər. Samsung Galaxy S8 isə şirkətin texnologiyadan ödənişlər üçün istifadəyə imkan verən ilk qurğusu olacaq.
Samsung Galaxy S8 smartfonunun martın sonunda təqdim ediləcəyi gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri