2017-ci ilin ən yaxşı texnoloji yenilikləri

21-11-2017 / 11:37

Yaponiyanın Nintendo şirkətinin Switch oyun konsolu ABŞ-ın nüfuzlu Time jurnalı tərəfindən tərtib edilmiş reytinqin birinci pilləsində qərarlaşıb.

Hibrid konsol 6,2 düymlük displeyə malik planşet və Joy-Con adlı simsiz kontrollerlərdən ibarətdir.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, reytinqin ikinci pilləsində iPhone X smartfonu yer alıb.

Reytinqin tərtibçiləri bildiriblər ki, Apple  şirkətinin yeniliyi kifayət qədər bahalıdır, ancaq çərçivəsiz ekran və Face ID (sifətin tanınması sistemi) gələcəkdə smartfonlar üçün yeni standarta çevriləcək.

2017-ci ilin ən yaxşı texniki yeniliklərinin reytinqində üçüncü yeri Microsoft Surface Laptop noutbuku tutub. Tərtibçilər noutbukun dizaynını, həmçinin uzun müddət avtonom işləmə qabiliyyətini yüksək qiymətləndiriblər.

Nüfuzlu Time jurnalının versiyasına görə, ilk beşliyə, həmçinin DJI Spark kvadrokopteri və qabaqcıl Samsung Galaxy S8 smartfonu daxil edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə