İphone 7 necə olacaq?

03-04-2015 / 15:41

İPhone 6 və iPhone 6 Plus-un bir neçə ay əvvəl bazara çıxmasına baxmayaraq mütəxəssislər Apple-in bu  il iPhone 6s-i və iPhone7-ni satışa çıxaracağını  iddia edirlər.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Apple-in hər il 1 ya da 2 məhsulu bazara çıxardığını iddia edən səlahiyyətlilər son günlərdə ortaya atılan söz-söhbətlərin gerçəyə çevrilmə ehtimalının yüksək olduğunu açıqlayıb. 

Apple şirkətinin  2015-ci ildə ağıllı telefonlarda çox aktuallaşdırmağa edəcəyini  yazan mütəxəssislər, bu səbəblə Apple pərəstişkarlarının 2015-ci ildə çıxacaq yeni məhsullarla  təəccüblənəcəyini ifadə edib.

Nəşr olunan bir çox hesabat bu istiqamətdə verilən qərarı dəstəklədiyini yazan mütəxəssislər, 2015-ci ilin ilk yarısında iPhone 6s-in ikinci yarısında da iPhone 7-nin satışa çıxacağını iddia etdi.

Tayvanlı səlahiyyətlilər isə texnologiya saytı Techno Buffallo-ya etdiyi şərhdə Apple-in yeni telefonlarında cüt RAM istifadə ediləcəyini ifadə edib. Səlahiyyətlilərin fikirincə,  yeni telefonlarda 2 GB RAM, lövhələrdə isə 4 GB RAM olacaq. 

Rəsmilərin ortaya atdığı bir başqa iddia isə Applenin mini bir iPhone edə biləcəyidir. Belə ki, bu məhsulun də 2015-ci ildə bazarda yer ala biləcəyini ifadə edən səlahiyyətlilər telefonun 4 düym ola biləcəyini bildirib.

Apple şirkəti iPhone 7 ilə wireless şarj xüsusiyyətini bazara çıxarmağı düşünür. Həmçinin iPhone 6-larda istifadə edilməyən safir ekranın iPhone 7-ə adaptasiya olacağı da iddia edilir. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə