“İqtisadi islahatlar” elmi-analitik jurnalının üçüncü sayı işıq üz görüb.
Xeberler.az bildirir ki, jurnalın 2022-ci ildəki ikinci sayında Azərbaycan dilində “Xərclər Buraxılış modeli və Azərbaycan iqtisadiyyatı üçün multiplikator effektləri”, “Rusiya-Ukrayna münaqişəsindən irəli gələn çağırışlar fonunda Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının gücləndirilməsi və ixrac bazarlarının diversifikasiyası məsələləri”, “Türkiyə-Azərbaycan ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri”, “Dünya təcrübəsində ticarətin liberallaşdırılması və Azərbaycan nümunəsi”, “Rəqəmsal transformasiya mühitində yaradıcı sənaye məhsullarının ixracı: mövcud vəziyyət və problemlər”, “Açıq Büdcə İndeksi: mövcud vəziyyət, yeni trendlər və imkanlar”, “Bank sisteminin iqtisadi təhlükəsizlikdəki roluna baxış”, ingilis dilində “Analysis of the transition of traditional energy sources to alternative sources and the constraints of regulating the use of the export potential of Azerbaijan” və “Global Supply Chains (GSCs) Disruptions and Post-Pandemic Economic Challenges around the Globe: Policies based on the World Trade Organization” kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə yer verilib.
Qeyd edək ki, “İqtisadi islahatlar” elmi-analitik jurnalının ilk sayının nəşr olunmasından ötən qısa müddətdə www.journal.ereforms.org internet səhifəsi oxucuların istifadəsinə verilib və jurnala dövrü nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə (ISSN) alınıb. Hazırda “İqtisadi islahatlar” jurnalının dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) qoşulması istiqamətində intensiv iş aparılır.
Məlumat üçün bildirək ki, “İqtisadi islahatlar” elmi-analitik jurnalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qarşısına qoyulan məqsədlərə uyğun olaraq nəşr edilir. Jurnalda, əsasən, Azərbaycan və ingilis dillərində iqtisadiyyata aid məqalələr dərc edilir. Mərkəzin əməkdaşları ilə yanaşı kənar müəlliflər də elmi-analitik məqalələrini “İqtisadi islahatlar” jurnalına təqdim edə bilər. Məqalələrin onlayn qaydada “İqtisadi islahatlar” elmi-analitik jurnalına təqdim edilməsi üçün jurnalın inernet səhifəsində müvafiq imkanlar yaradılıb (https://journal.ereforms.org/az/submit-article).
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri