Previous Next
Bağla

Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

13-11-2018 10:33
Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə işgüzar səfərdə olan BMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutunda POP Mərkəzinin direktoru, Qlobal Əmək Təşkilatının Prezidenti professor doktor Klaus F.Zimmermanla görüş olub. K.F.Zimmerman həmçinin Maastrixt, Bonn, Renmin Universitetlərinin fəxri professoru, Avropa İqtisadiyyat, Biznes və İdarəetmə bölməsinin rəhbəri, nüfuzlu “Journal of Population Economics” dərgisinin təsisçisi və naşiridir.

Xeberler.az  bildirir ki, görüşdə Qlobal İqtisadi Problemlər İnstitutunun qurucusu və rəhbəri Natiq Şirinzadə də iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri barədə məlumat verib, respublikada əldə olunan iqtisadi inkişafın sosialyönümlü olduğunu bildirib.

O, ölkədə bütün istiqamətlərdə dayanıqlı inkişafa xidmət edən islahatlar proqramının ilk növbədə elmi əsaslar üzərində, yeni iqtisadi və sosial çağırışlara uyğun, habelə nüfuzlu beynəlxalq institutlarla fəal əməkdaşlıq müstəvisində hazırlanaraq həyata keçirildiyini qeyd edib. S.Babayev əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahələrində innovativ yanaşmalar, elmi-texnoloji yeniliklər əsasında aparılan islahatlar, həmçinin bu sahələrdə vahid platformadan yeni xidmət modelinin formalaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir həmçinin məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq problemlərinin həlli istiqamətində atılan addımları diqqətə çatdırıb. O, nazirliyin beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edərək, BMT qurumları, Beynəlxalq Əmək Təşkilatı ilə geniş əməkdaşlıq gündəliyinin olduğunu bildirib. S.Babayev nazirliyin elmi-tədqiqat və təlim potensialının inkişaf etdirilməsində BMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutu, eləcə də digər nüfuzlu beynəlxalq dairələrlə geniş əlaqələrin qurulmasının da önəmli ola biləcəyini deyib.

K.F.Zimmerman Azərbaycanda bütün sahələrdə özünü göstərən inkişaf proseslərinin şahidi olmaqdan məmnunluğunu ifadə edib. Ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini bildirən K.F.Zimmerman Avropada sosial sahədə mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həll mexanizmləri sahəsində təcrübələr, qaçqın və məcburi köçkünlərlə bağlı siyasətlər, yeni təşəbbüslər, miqrasiya proseslərinin tənzimlənməsində yanaşmalar və s. barədə məlumat verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

Rumıniya ilə sosial sahədə əməkdaşlıq genişləndiriləcək

28-04-2022
Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025
Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022
Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025
“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025
Səfir ölkəmizin sosial müdafiə sistemini yüksək qiymətləndirib

Səfir ölkəmizin sosial müdafiə sistemini yüksək qiymətləndirib

14-09-2016
Nazir beynəlxalq vebinarda Ermənistanın hərbi təxribatları barədə məlumat verib

Nazir beynəlxalq vebinarda Ermənistanın hərbi təxribatları barədə məlumat verib

01-10-2020
DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

DOST Agentliyində Ruanda nümayəndə heyəti ilə görüş olub

19-12-2024
Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

20-11-2024
E-texnologiyaların tətbiqi daha da genişləndirilir

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024
Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024
ƏƏSMN və ASAN xidmət Memorandum imzalayıb

ƏƏSMN və ASAN xidmət Memorandum imzalayıb

28-08-2018
“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq   

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022
Universitetlərdə texnoparkların yaradılması davam edir

Universitetlərdə texnoparkların yaradılması davam edir

01-02-2016
BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024
DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024
11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015
“E-sosial” portalının 1 476 800-dən çox aktiv istifadəçisi var

“E-sosial” portalının 1 476 800-dən çox aktiv istifadəçisi var

08-02-2024
Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018
Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və  əlçatan şəkildə təşkilinə yönəlib

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019
Nazirlik 30-a qədər elektron xidmət  göstərir

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017
Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə