Previous Next
Bağla

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025 12:43
İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq media qurumu – “International Finance” tərəfindən təşkil olunan “International Finance Awards 2025” müsabiqəsində “Government Services” nominasiyası üzrə iki yüksək mükafata layiq görülüb.

Xeberler.az bildirir ki, mərkəz “Ən yaxşı dövlət beyin mərkəzi və tədqiqat institutu” (Best Government-Affiliated Think Tank and Research Institution) və “İqtisadi islahatlar üzrə ən yaxşı ictimai əlaqə platforması” (Best Public Engagement Platform for Economic Reforms) elan edilib.

Bu mükafatlar İİTKM-in dövlət idarəçiliyi, iqtisadi islahatların təşviqi və ictimai iştirakçılığın artırılması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. İİTKM həm də elmi-tədqiqat və analitik institut kimi fəaliyyət göstərir. Mərkəz iqtisadi siyasətin təhlili, makroiqtisadi modelləşdirmə, fiskal sabitlik, rəqəmsal iqtisadiyyat, yaşıl maliyyə və süni intellekt əsaslı idarəetmə istiqamətlərində tədqiqat layihələri, analitik hesabatlar və elmi məqalələr hazırlayır. İİTKM-nin nəşr etdiyi “Economic Reforms: Scientific and Analytical Journal” beynəlxalq açıq elmi platformalarda yayımlanır və qlobal akademik icmada Azərbaycan iqtisadi modelinin öyrənilməsi üçün əsas istinad mənbələrindən birinə çevrilib.

Bununla yanaşı, Mərkəz beynəlxalq təşkilatlarla əməkdaşlıq edən aparıcı beyin mərkəzi kimi tanınır və bu çərçivədə müxtəlif qurumlarla birgə tədqiqatlar, təlim proqramları, siyasət sənədləri və strateji hesabatlar hazırlayır. Bu əməkdaşlıqlar İİTKM-in regional və qlobal miqyasda dayanıqlı iqtisadi inkişaf, rəqəmsal idarəetmə, süni intellekt və innovasiya siyasətləri sahəsində bilik mübadiləsi aparan nüfuzlu tədqiqat mərkəzi statusunu möhkəmləndirib.

Qiymətləndirmə komissiyası qeyd edib ki, İİTKM tərəfindən yaradılmış ağıllı məlumat idarəetmə platformaları dövlət proqramlarının icrasının şəffaf və effektiv monitorinqini təmin edir, eləcə də vətəndaş cəmiyyəti və biznes subyektlərinin iqtisadi islahatlara real vaxtda qoşulmasına şərait yaradır.

İİTKM-nin bu istiqamətdə atdığı addımlar Azərbaycanın rəqəmsal dövlətçilik, elmi əsaslı siyasət planlaşdırılması və süni intellekt əsaslı idarəetmə modelinin inkişafında aparıcı rol oynayır. Mərkəzin bu mükafatlara layiq görülməsi, onun qlobal texnoloji idarəetmə və iqtisadi islahatlar ekosistemində lider tədqiqat institutu və analitik mərkəz kimi mövqeyini bir daha təsdiqləyib.

Əldə edilən bu uğur İİTKM-in formalaşdırdığı ağıllı, dayanıqlı və adaptiv idarəetmə sisteminin həm milli, həm də beynəlxalq səviyyədə tətbiq oluna biləcək innovativ modelə çevrildiyini, Azərbaycanın isə süni intellekt əsaslı idarəetmədə regionda qabaqcıl nümunə kimi tanındığını sübut edir.

Azərbaycanın dövlət texnologiyalarına (GovTech) dair əldə etdiyi bu ali beynəlxalq mükafatlar Prezident İlham Əliyevin iqtisadi islahatlar sahəsində, o cümlədən proqram idarəetməsi və nəticəəsaslı büdcə istiqamətində apardığı uğurlu siyasətə verilmiş daha bir yüksək beynəlxalq qiymət kimi dəyərləndirilir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə formalaşan iqtisadi islahatların idarə edilməsi modeli dünya üçün nümunə təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025

İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

03-03-2026

İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

23-09-2025

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

04-11-2020

İİTKM Strateji zəka platformasında məzmun təchiz edən ilk qurumdur

25-04-2025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir

20-04-2021

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə