Previous Next
Bağla

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025 12:12
İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşma çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Beyin Mərkəzi” layihəsi əsasında SABAH qruplarının tələbələri üçün kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, müasir tədris metodlarının tətbiqi və praktiki bacarıqların inkişaf etdirilməsi istiqamətində bir sıra təşəbbüslər həyata keçiriləcək.

Xeberler.az bildirir ki, bu barədə Agentlik məlumat verir. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində keçirilən fənlərin sillabusları yenidən dəyərləndiriləcək, yeni mövzular əlavə ediləcək və müasir tələblərə uyğun şəkildə yenilənəcək. Bu sahələrdə təhsil alan tələbələr və müəllimlər üçün müxtəlif vörkşoplar, seminarlar və təlimlər təşkil olunacaq. Tələbələrin bir hissəsinin istehsalat təcrübəsinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkili imkanları araşdırılacaq. Mərkəzin mütəxəssisləri tərəfindən tələbələrə mühazirə və seminarlar (distant və ya birbaşa) keçiriləcək və onlar müəllim kimi tədris prosesinə cəlb edilə biləcəklər. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarından istifadə edilərək tədris müəssisələrinin laboratoriyaları inkişaf etdiriləcək.

Bundan əlavə, Agentliyin İsrailin “Technion” İnkişaf və Araşdırma Fondu ilə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində Dövlət Agentliyinin tabeliyində olan elm və təhsil müəssisələrinin SABAH qruplarının tələbələrinin təlim proqramlarına cəlb edilməsi və burada keçdikləri eyni məzmunlu dərslər üzrə kreditlərinin tanınması təmin ediləcək. Həmçinin tələbələrin təhsil aldıqları müəssisələrdə “Kiberklublar”ın yaradılmasına və onların fəaliyyət planlarının hazırlanmasına dəstək göstəriləcək. Praktiki dərslərdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin mütəxəssisləri iştirak edəcək və tələbələrə həm nəzəri, həm də praktiki biliklər qazandırılacaq. Təcrübə imkanlarının genişləndirilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində istehsalat təcrübəsinin təşkili və bu proses üçün əlavə imkanların yaradılması nəzərdə tutulur.

Bu əməkdaşlığın əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində bilikli və bacarıqlı mütəxəssislərin yetişdirilməsinə töhfə vermək, eləcə də müasir texnologiyalar üzrə tədris və praktiki təcrübə imkanlarını genişləndirməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025
Azərbaycan Universitetində “MilliSec”  şirkətinin nümayəndələri ilə görüş olub

Azərbaycan Universitetində “MilliSec” şirkətinin nümayəndələri ilə görüş olub

12-02-2025
Texnologiya Universiteti ilə İRİA  əməkdaşlığa start verir

Texnologiya Universiteti ilə İRİA əməkdaşlığa start verir

21-05-2025
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023
"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023
RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır   

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023
İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023
Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026
İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

03-06-2025
AKTA və AzTU yeni layihəyə başladı

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022
Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə