Previous Next
Bağla

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026 16:04
Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca altıncı “Məzun Günü” baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.

 

Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, “Technion” Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, həmçinin “PAŞA Holding”in nümayəndəsi Tuğra Musayeva çıxış ediblər.

Xeberler.az bildirir ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında ölkə üzrə dövlət və özəl sektorda kibertəhlükəsizliyin gücləndirilməsi, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində keçirilən tədbirlərdən danışıb: “Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi strateji sənədlərin icrası çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin hazırlanması, insan kapitalının gücləndirilməsi və milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində mühüm töhfələr verməkdədir”.

Tədbir çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberPark” layihəsinin təqdimatı baş tutub. Daha sonra məzunlardan ibarət komanda tərəfindən hazırlanan yekun layihə təqdim edilib. Komanda üzvləri tədris müddətində qazandıqları bilikləri real kibertəhlükəsizlik problemlərinə tətbiq edərək hazırladıqları həlləri və əldə olunan nəticələri nümayiş etdiriblər.

Sonda 100 məzuna rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.

Tədbirin yekununda baş tutan “Karyera sərgisi” çərçivəsində iştirakçılar müxtəlif şirkət və qurumların insan resursları nümayəndələri ilə görüşərək karyera imkanları, təcrübə və iş proqramları və peşəkar inkişaf perspektivləri ətrafında müzakirələr aparıb, şəbəkələşmə imkanı əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil alan tələbələr beynəlxalq mütəxəssilər tərəfindən Red Team (hücum), Blue Team (müdafiə) və Purple Team təlimləri keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl metodologiyalar, strategiyalar və texnologiyalar üzrə praktiki biliklər əldə ediblər. İndiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 480 nəfər məzun olub, hazırda 7-ci tədris dalğası  üzrə 60 tələbə təhsilini davam etdirir. Məzunların işə qəbul faizi 86% təşkil edir ki,  onlar həm dövlət qurumları, həm də qabaqcıl yerli və beynəlxalq şirkətlərdə fəaliyyət göstərirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025

Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

30-01-2025

İsrailli deputatlar Bakıda Kibertəhlükəsizlik Mərkəzində olublar

05-06-2023

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

22-04-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

08-10-2024

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

05-04-2023

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 5 gün!

06-05-2026

Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

30-07-2025

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023

Kibertəhlükəsizlik mütəxəssisləri üçün “Purple team” təlimlərinə start verilib

01-10-2024

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

07-04-2025

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı-FOTO

28-03-2023

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə tələbə qəbulu başlayıb

02-05-2023

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025

RİNN İsrailin “Technion” Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini yaradır  

30-06-2022

"Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları xaricə ixrac olunacaq"

22-09-2023

İsrail səfiri Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində olub

31-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə