Previous Next
Bağla

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025 18:35
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, IT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov, Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynova Bakı Mühəndislik Universitetində (BMU) olub.

Xeberler.az bildirir ki, qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev son illərdə universitetdə tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması, ixtisas hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil proqramlarının optimallaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Bu çərçivədə universitetin tədris strukturunda mövcud olan IT kateqoriyasına aid ixtisasların əsas baza ixtisaslarına çevrilməsi üzrə sistemli fəaliyyət aparıldığını vurğulayıb. Yaqub Piriyev, həmçinin tədris resurslarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını, inteqrasiya prosesinin əsas məqsədinin rəqabətqabiliyyətli, yüksək hazırlıq səviyyəsinə malik, müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.

BMU və İRİA arasında qurulan əməkdaşlığın tələbələrin innovasiya, startap və rəqəmsal texnologiyalar sahəsində praktiki bilik və bacarıqlarının artırılmasını hədəflədiyini deyən rektor tərəflər arasında tərəfdaşlığı daha da dərinləşəcəyinə inamını ifadə edib.

İRİA nümayəndələri təmsil etdikləri qurumun ali təhsil müəssisələrinin tələbə və müəllimləri üçün həyata keçirdiyi layihə və təcrübə proqramları barədə məlumat veriblər. Bildirilib ki, agentlik müasir ixtisasların tədrisinin təkmilləşdirilməsində ali məktəblərə hər cür dəstək verməyə hazırdır və birgə fəaliyyət perspektivləri kadr hazırlığı prosesinə müsbət töhfələr verməyi hədəfləyir.

Görüş zamanı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi, ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılmasını hədəfə alan “Beyin mərkəzi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Müzakirələr zamanı BMU-da kibertəhlükəsizlik ixtisası üzrə dərslərin təşkili, müəllimlər üçün master-klasların keçirilməsi, tələbələr üçün hakatonların təşkil edilməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisaslarının kurikulum və sillabuslarının yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində də müvafiq addımlar atılmasına dair qərar verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Texnologiya Universiteti ilə İRİA  əməkdaşlığa start verir

Texnologiya Universiteti ilə İRİA əməkdaşlığa start verir

21-05-2025
İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

İRİA ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi əməkdaşlığa başlayır

04-03-2025
“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025
BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024
BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03-05-2024
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024
BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

11-10-2024
BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024
RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025
Azərbaycan Universitetində “MilliSec”  şirkətinin nümayəndələri ilə görüş olub

Azərbaycan Universitetində “MilliSec” şirkətinin nümayəndələri ilə görüş olub

12-02-2025
“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024
İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

09-02-2026
AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025
BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025
İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

İRİA ilə Təl-Əviv Universiteti əməkdaşlığa başlayıb

03-06-2025
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024
BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024
İRİA: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"

İRİA: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"

03-06-2026
BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

14-02-2025
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023
Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə